ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
c̃уммə йəтуубул-лаhу мимм-бə'ди з̃əəликə 'əлəə мəй-йəшəə, вəл-лаhу ґōфуурур-рōhиим
Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُواْ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌ
йəə əййуhəəль-лəз̃иинə əəмəнуу иннəмəəль-мушрикуунə нəджəсун фəлəə йəќрōбууль-мəсджидəль-həрōōмə бə'дə 'əəмиhим həəз̃əə, вə`ин хыфтум 'əйлəтəн фəсəуфə йуґниикумул-лаhу миŋŋ-фəдлиhи иŋŋ-шəə, иннəл-лаhə 'əлиимун həкиим
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən, Allah bilən və hikmətlidir.
قَٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلْحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَٰبَ حَتَّىٰ يُعْطُواْ ٱلْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَٰغِرُونَ
ќōōтилююль-лəз̃иинə лəə йу`минуунə биль-лəhи вəлəə би-ль-йəумиль-əəхыри вəлəə йуhəрримуунə мəə həррōмəл-лаhу вəрōсуулюhу вəлəə йəдиинуунə диинəль-həќќи минəль-лəз̃иинə уутууль-китəəбə həттəə йу'тууль-джизйəтə 'əй-йəдиу-вəhум сōōґируун
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin (s) Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökumətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبْلُ ۚ قَٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ
вəќōōлəтиль-йəhууду 'узəйрун-бнул-лаhи вəќōōлəтин-нəсōōрōōль-мəсииhу-бнул-лаh, з̃əəликə ќōулюhумм-би`əфвəəhиhим, йудōōhи`уунə ќōулəль-лəз̃иинə кəфəруу миŋŋ-ќōбль, ќōōтəлəhумул-лаh, əннəə йу`фəкуун
Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?
ٱتَّخَذُوٓاْ أَحْبَارَهُمْ وَرُهْبَٰنَهُمْ أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعْبُدُوٓاْ إِلَٰهًا وَٰحِدًا ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَٰنَهُۥ عَمَّا يُشْرِكُونَ
иттəхōз̃уу əhбəəрōhум вəруhбəəнəhум əрбəəбəмм-миŋŋ-дууниль-лəhи вəəльмəсииhə-бнə мəрйəмə вəмəə умируу ильлəə лийə'будуу илəəhəу-вəəhидə, лəə илəəhə ильлəə hуу, субhəəнəhу 'əммəə йушрикуун
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.