Müqəddəs Quran / Cüz / Cüz 10
Cüz 10
9:48

لَقَدِ ٱبْتَغَوُاْ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُواْ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَٰرِهُونَ

лəќōди-бтəґōвуль-фитнəтə миŋŋ-ќōблю вəќōльлəбуу лəкəль-умуурō həттəə джəə`əль-həќќу вəз̃ōhəрō əмрул-лаhи вəhум кəəриhуун

Həqiqətən, onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).

9:49

وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ  ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُواْ  ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ

вəминhум-мəй-йəќуулю-з̃əл-лии вəлəə тəфтинний, əлəə фииль-фитнəти сəќōтуу, вə`иннə джəhəннəмə лəмуhиитōтумм-би-ль-кəəфириин

Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)

9:50

إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ  ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُواْ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّواْ وَّهُمْ فَرِحُونَ

иŋŋ-тусыбкə həсəнəтун тəсу`hум, вə`иŋŋ-тусыбкə мусыыбəтуй-йəќуулюю ќōд əхōз̃нəə əмрōнəə миŋŋ-ќōблю вəйəтəвəльлəу-вəhум фəриhуун

Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.

9:51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا  ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

ќуль-лэй-йусыыбəнəə ильлəə мəə кəтəбəл-лаhу лəнəə hувə мəулəəнəə, вə'əлəл-лаhи фəльйəтəвəккəлиль-му`минуун

De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yadımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər».

9:52

قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ  ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا  ۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ

ќуль həль тəрōббəсуунə бинəə ильлəə иhдəəль-hуснəйəйн, вəнəhну нəтəрōббəсу бикум əй-йусыыбəкумул-лаhу би'əз̃əəбимм-мин 'иŋŋдиhи əу би`əйдиинəə, фəтəрōббəсуу иннəə мə'əкум-мутəрōббисуун

De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik».

9:53

قُلْ أَنفِقُواْ طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ  ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَٰسِقِينَ

ќуль əŋŋфиќуу тōу'əн əу кəрhəль-лэй-йутəќōббəлə миŋŋкум, иннəкум куŋŋтум ќōумəн фəəсиќиин

De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».

9:54

وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَٰرِهُونَ

вəмəə мəнə'əhум əŋŋ-туќбəлə минhум нəфəќōōтуhум ильлəə əннəhум кəфəруу биль-лəhи вəбирōсуулиhи вəлəə йə`туунəс-сōлəəтə ильлəə вəhум кусəəлəə вəлəə йуŋŋфиќуунə ильлəə вəhум кəəриhуун

Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.