ٱلْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
əльмульку йəумə`из̃ил-лильлəhи йəhкуму бэйнəhум, фəəльлəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти фии джəннəəтин-нə'иим
Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ
вəəльлəз̃иинə кəфəруу вəкəз̃з̃əбуу би`əəйəəтинəə фə`уулəə`икə лəhум 'əз̃əəбумм-муhиин
Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.
وَٱلَّذِينَ هَاجَرُواْ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوْ مَاتُواْ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
вəəльлəз̃иинə həəджəруу фии сəбиилиль-лəhи c̃уммə ќутилюю əу мəəтуу лəйəрзуќōннəhумул-лаhу ризќōн həсəнə, вə`иннəл-лаhə лəhувə хōйрур-рōōзиќиин
Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır.
لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ
лəйудхылəннəhум-мудхōлəй-йəрдōунəh, вə`иннəл-лаhə лə'əлиимун həлиим
Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ
з̃əəликə вəмəн 'əəќōбə бимиc̃ли мəə 'ууќибə биhи c̃уммə буґийə 'əлэйhи лəйəŋŋсурōннəhул-лаh, иннəл-лаhə лə'əфуувун ґōфуур
(İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən, Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ
з̃əəликə би`əннəл-лаhə йуулиджуль-лэйлə фиин-нəhəəри вəйуулиджун-нəhəəрō фииль-лэйли вə`əннəл-лаhə сəмии'умм-бəсыыр
Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ
з̃əəликə би`əннəл-лаhə hувəль-həќќу вə`əннə мəə йəд'уунə миŋŋ-дууниhи hувəль-бəəтылю вə`əннəл-лаhə hувəль-'əлиййуль-кəбиир
Buna (Allahın yaradılış və şəriətdəki bu qüdrətinə) səbəb odur ki, yalnız Allah müstəqil mütləq haqqdır və (müşriklərin) Onun yerinə çağırdıqları batildir. Allah uca və böyükdür.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ
əлəм тəрō əннəл-лаhə əŋŋзəлə минəс-сəмəə`и мəə`əн фəтусбиhуль-əрду мухдōррōh, иннəл-лаhə лəтыыфун хōбиир
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su nazil etməsini və onun vasitəsi ilə yerin yamyaşıl olmasını görmədin? Həqiqətən, Allah lətif (əşyaların lap incəliklərinə nüfuz edən) və (dünyanın işlərinin necə idarə olunmasından) xəbərdardır.
لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
лəhу мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вə`иннəл-лаhə лəhувəль-ґōниййуль-həмиид
Göylərdə və yerdə olanlar (göylər və yerin özü də daxil olmaqla) Ona məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun əzəli istəyi ilədir.) Həqiqətən, Allah (hər şeydən zatən) ehtiyacsız və (bütün kamilliklərlə) mədh edilməyə layiqdir.