Müqəddəs Quran / Cüz / Cüz 24
Cüz 24
39:41

إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ  ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ  ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا  ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

иннəə əŋŋзəльнəə 'əлэйкəль-китəəбə лин-нəəси би-ль-həќќ, фəмəни-hтəдəə фəлинəфсиh, вəмəŋŋ-дōльлə фə`иннəмəə йəдыллю 'əлэйhəə, вəмəə əŋŋтə 'əлэйhимм-бивəкииль

Həqiqətən, Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyirinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).

39:42

ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا  ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى  ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

аллаhу йəтəвəффəəль-əŋŋфусə hиинə мəутиhəə вəəльлəтии лəм тəмут фии мəнəəмиhəə, фəйумсикуль-лəтии ќōдōō 'əлэйhəəль-мəутə вəйурсилюль-ухрōō илəə əджəлимм-мусəммəн, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йəтəфəккəруун

Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən,) Allahdır. Beləliklə, ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.

39:43

أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ  ۚ قُلْ أَوَلَوْ كَانُواْ لَا يَمْلِكُونَ شَيْـًٔا وَلَا يَعْقِلُونَ

əми-ттəхōз̃уу миŋŋ-дууниль-лəhи шуфə'əə, ќуль əвəлəу кəəнуу лəə йəмликуунə шэй`əу-вəлəə йə'ќилююн

Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»

39:44

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعًا  ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

ќул-лильлəhиш-шəфəə'əту джəмии'ə, лəhу мулькус-сəмəəвəəти вəəль`əрд, c̃уммə илəйhи турджə'уун

De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız».

39:45

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ  ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

вə`из̃əə з̃укирōл-лаhу вəhдəhу-шмə`əззəт ќулююбуль-лəз̃иинə лəə йу`минуунə би-ль-əəхырōh, вə`из̃əə з̃укирōль-лəз̃иинə миŋŋ-дууниhи из̃əə hум йəстəбшируун

Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.

39:46

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ عَٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ

ќулиль-лəhуммə фəəтырōс-сəмəəвəəти вəəль`əрды 'əəлимəль-ґōйби вəш-шəhəəдəти əŋŋтə тəhкуму бэйнə 'ибəəдикə фии мəə кəəнуу фииhи йəхтəлифуун

(Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»

39:47

وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْاْ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ  ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُواْ يَحْتَسِبُونَ

вəлəу əннə лильлəз̃иинə з̃ōлəмуу мəə фииль-əрды джəмии'əу-вəмиc̃лəhу мə'əhу лəəфтəдəу биhи миŋŋ-суу`иль-'əз̃əəби йəумəль-ќийəəмəh, вəбəдəə лəhум-минəл-лаhи мəə лəм йəкуунуу йəhтəсибуун

Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.