Müqəddəs Quran / Cüz / Cüz 5
Cüz 5
4:34

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَآ أَنفَقُواْ مِنْ أَمْوَٰلِهِمْ  ۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ  ۚ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ  ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلًا  ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا

əрриджəəлю ќōувəəмуунə 'əлəəн-нисəə`и бимəə фəддōлəл-лаhу бə'дōhум 'əлəə бə'дыу-вəбимəə əŋŋфəќуу мин əмвəəлиhим, фəс-сōōлиhəəту ќōōнитəəтун həəфиз̃ōōтул-ли-ль-ґōйби бимəə həфиз̃ōл-лаh, вəль-лəəтии тəхōōфуунə нушуузəhуннə фə'из̃ууhуннə вəəhджурууhуннə фииль-мəдōōджи'и вəəдрибууhунн, фə`ин əтō'нəкум фəлəə тəбґуу 'əлэйhиннə сəбиилə, иннəл-лаhə кəəнə 'əлиййəн кəбиирō

Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyiri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən, Allah məqamı uca və böyükdür.

4:35

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِۦ وَحَكَمًا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ  ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

вə`ин хыфтум шиќōōќō бэйниhимəə фəəб'əc̃уу həкəмəмм-мин əhлиhи вəhəкəмəмм-мин əhлиhəə ий-йуриидəə ислəəhəй-йувəффиќиль-лəhу бэйнəhумəə, иннəл-лаhə кəəнə 'əлиимəн хōбиирō

Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən, Allah bilən və xəbərdardır.

4:36

 ۞ وَٱعْبُدُواْ ٱللَّهَ وَلَا تُشْرِكُواْ بِهِۦ شَيْـًٔا  ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ  ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا

вəə'будуул-лаhə вəлəə тушрикуу биhи шэй`ə, вəби-ль-вəəлидəйни иhсəəнəу-вəбиз̃ииль-ќурбəə вəəльйəтəəмəə вəəльмəсəəкиини вəəльджəəри з̃ииль-ќурбəə вəəльджəəриль-джунуби вəс-сōōhиби би-ль-джəмм-би вəəбнис-сəбиили вəмəə мəлəкəт əймəəнукум, иннəл-лаhə лəə йуhиббу мəŋŋ-кəəнə мухтəəлəн фəхуурō

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən, Allah təkəbbürlü və lovğa şəxsi sevmir.

4:37

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ  ۗ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًا مُّهِينًا

əльлəз̃иинə йəбхōлююнə вəйə`муруунəн-нəəсə би-ль-бухли вəйəктумуунə мəə əəтəəhумул-лаhу миŋŋ-фəдлиh, вə`ə'тəднəə ли-ль-кəəфириинə 'əз̃əəбəмм-муhиинə

Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.