Müqəddəs Quran / Cüz / Cüz 5
Cüz 5
4:92

وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًٔا  ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًٔا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْ  ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ  ۖ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ  ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ ٱللَّهِ  ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

вəмəə кəəнə лиму`минин əй-йəќтулə му`минəн ильлəə хōтō`ə, вəмəŋŋ-ќōтəлə му`минəн хōтō`əн фəтəhрииру рōќōбəтимм-му`минəтиу-вəдийəтумм-мусəльлəмəтун илəə əhлиhи ильлəə əй-йəссōддəќуу, фə`иŋŋ-кəəнə миŋŋ-ќōумин 'əдуувиль-лəкум вəhувə му`минун фəтəhрииру рōќōбəтимм-му`минəh, вə`иŋŋ-кəəнə миŋŋ-ќōумимм-бэйнəкум вəбэйнəhум-мииc̃əəќун фəдийəтумм-мусəльлəмəтун илəə əhлиhи вəтəhрииру рōќōбəтимм-му`минəh, фəмəль-лəм йəджид фəсыйəəму шəhрōйни мутəтəəби'əйни тəубəтəмм-минəл-лаh, вəкəəнəл-лаhу 'əлиимəн həкиимə

Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir.

4:93

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدًا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًا

вəмəй-йəќтуль му`минəмм-мутə'əммидəн фəджəзəə`уhу джəhəннəму хōōлидəн фииhəə вəґōдыбəл-лаhу 'əлэйhи вəлə'əнəhу вə`ə'əддə лəhу 'əз̃əəбəн 'əз̃ыымə

Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.

4:94

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَٰمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌ  ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓاْ  ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу из̃əə дōрōбтум фии сəбиилиль-лəhи фəтəбэййəнуу вəлəə тəќуулюю лимəн əльќōō илəйкумус-сəлəəмə лəстə му`минəн тəбтəґуунə 'əрōдōль-həйəəтид-дунйəə фə'иŋŋдəл-лаhи мəґōōниму кəc̃иирōh, кəз̃əəликə куŋŋтум-миŋŋ-ќōблю фəмəннəл-лаhу 'əлэйкум фəтəбэййəнуу, иннəл-лаhə кəəнə бимəə тə'мəлююнə хōбиирō

Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki, Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.