وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ
вəəльлəз̃иинə кəфəруу вəкəз̃з̃əбуу би`əəйəəтинəə уулəə`икə əсhəəбуль-джəhиим
Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذْكُرُواْ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓاْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُواْ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-з̃куруу ни'мəтəл-лаhи 'əлэйкум из̃ həммə ќōумун əй-йəбсутуу илəйкум əйдийəhум фəкəффə əйдийəhум 'əŋŋкум, вəəттəќуул-лаh, вə'əлəл-лаhи фəльйəтəвəккəлиль-му`минуун
Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
вəлəќōд əхōз̃əл-лаhу мииc̃əəќō бəнии исрōō`иилə вəбə'əc̃нəə минhуму-c̃нəй 'əшəрō нəќиибə, вəќōōлəл-лаhу иннии мə'əкум, лə`ин əќōмтумус-сōлəəтə вə`əəтəйтумуз-зəкəəтə вə`əəмəŋŋтумм-бирусулии вə'əззəртумууhум вə`əќрōдтумул-лаhə ќōрдōн həсəнəль-лə`укəффирōннə 'əŋŋкум сəййи`əəтикум вəлə`удхылəннəкум джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəр, фəмəŋŋ-кəфəрō бə'дə з̃əəликə миŋŋкум фəќōд дōльлə сəвəə`əс-сəбииль
Həqiqətən, Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.
فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ لَعَنَّٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَٰسِيَةً ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ
фəбимəə нəќдыhим-мииc̃əəќōhум лə'əннəəhум вəджə'əльнəə ќулююбəhум ќōōсийəh, йуhəррифуунəль-кəлимə 'əмм-мəвəəды'иhи вəнəсуу həз̃з̃ōмм-миммəə з̃уккируу биh, вəлəə тəзəəлю тəттōли'у 'əлəə хōō`инəтимм-минhум ильлəə ќōлиилəмм-минhум, фəə'фу 'əнhум вəəсфəh, иннəл-лаhə йуhиббуль-муhсиниин
Beləliklə, öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla – xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən, Allah yaxşıları və yaxşı iş görənləri sevir.