Müqəddəs Quran / Cüz / Cüz 6
Cüz 6
5:24

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًا مَّا دَامُواْ فِيهَا  ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ

ќōōлюю йəə муусəə иннəə лəн-нəдхулəhəə əбəдəмм-мəə дəəмуу фииhəə, фəəз̃həб əŋŋтə вəрōббукə фəќōōтилəə иннəə həəhунəə ќōō'идуун

Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».

5:25

قَالَ رَبِّ إِنِّى لَآ أَمْلِكُ إِلَّا نَفْسِى وَأَخِى  ۖ فَٱفْرُقْ بَيْنَنَا وَبَيْنَ ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ

ќōōлə рōбби иннии лəə əмлику ильлəə нəфсии вə`əхый, фəəфруќ бэйнəнəə вəбэйнəль-ќōумиль-фəəсиќиин

(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».

5:26

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ  ۛ أَرْبَعِينَ سَنَةً  ۛ يَتِيهُونَ فِى ٱلْأَرْضِ  ۚ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ

ќōōлə фə`иннəhəə муhəррōмəтун 'əлэйhим əрбə'иинə сəнəh, йəтииhуунə фииль-əрд, фəлəə тə`сə 'əлəəль-ќōумиль-фəəсиќиин

(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».

5:27

 ۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْءَاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ  ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ

вəəтлю 'əлэйhим нəбə`ə-бнəй əəдəмə би-ль-həќќи из̃ ќōррōбəə ќурбəəнəн фəтуќуббилə мин əhəдиhимəə вəлəм йутəќōббəль минəль-əəхōри ќōōлə лə`əќтулəннəк, ќōōлə иннəмəə йəтəќōббəлюл-лаhу минəль-муттəќиин

Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir».

5:28

لَئِنۢ بَسَطتَ إِلَىَّ يَدَكَ لِتَقْتُلَنِى مَآ أَنَا۠ بِبَاسِطٍ يَدِىَ إِلَيْكَ لِأَقْتُلَكَ  ۖ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَٰلَمِينَ

лə`имм-бəсəттə илəййə йəдəкə литəќтулəнии мəə əнəə бибəəситый-йəдийə илəйкə ли`əќтулəк, иннии əхōōфул-лаhə рōббəль-'əəлəмиин

«Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».

5:29

إِنِّىٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثْمِى وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ  ۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ

иннии урииду əŋŋ-тəбуу`ə би`иc̃мии вə`иc̃микə фəтəкуунə мин əсhəəбин-нəəр, вəз̃əəликə джəзəə`уз̃-з̃ōōлимиин

«Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası»!

5:30

فَطَوَّعَتْ لَهُۥ نَفْسُهُۥ قَتْلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصْبَحَ مِنَ ٱلْخَٰسِرِينَ

фəтōувə'əт лəhу нəфсуhу ќōтлə əхыыhи фəќōтəлəhу фə`əсбəhə минəль-хōōсириин

Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.

5:31

فَبَعَثَ ٱللَّهُ غُرَابًا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ  ۚ قَالَ يَٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى  ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّٰدِمِينَ

фəбə'əc̃əл-лаhу ґурōōбəй-йəбhəc̃у фииль-əрды лийурийəhу кəйфə йувəəрии сəу`əтə əхыыh, ќōōлə йəə вəйлəтəə ə'əджəзту əн əкуунə миc̃лə həəз̃əəль-ґурōōби фə`увəəрийə сəу`əтə əхый, фə`əсбəhə минəн-нəəдимиин

Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.