Müqəddəs Quran / Cüz / Cüz 6
Cüz 6
5:42

سَمَّٰعُونَ لِلْكَذِبِ أَكَّٰلُونَ لِلسُّحْتِ  ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ  ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًٔا  ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ  ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

сəммəə'уунə ли-ль-кəз̃иби əккəəлююнə лис-суhт, фə`иŋŋ-джəə`уукə фəəhкумм-бэйнəhум əу ə'рид 'əнhум, вə`иŋŋ-ту'рид 'əнhум фəлэй-йəдурруукə шэй`ə, вə`ин həкəмтə фəəhкумм-бэйнəhумм-би-ль-ќист, иннəл-лаhə йуhиббуль-муќситыын

Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.

5:43

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ  ۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ

вəкəйфə йуhəккимуунəкə вə'иŋŋдəhумут-тəурōōту фииhəə hукмул-лаhи c̃уммə йəтəвəльлəунə мимм-бə'ди з̃əəлик, вəмəə уулəə`икə би-ль-му`миниин

Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.

5:44

إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًى وَنُورٌ  ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَآءَ  ۚ فَلَا تَخْشَوُاْ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُواْ بِـَٔايَٰتِى ثَمَنًا قَلِيلًا  ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ

иннəə əŋŋзəльнəəт-тəурōōтə фииhəə hудəу-вəнуур, йəhкуму биhəəн-нəбиййуунəль-лəз̃иинə əслəмуу лильлəз̃иинə həəдуу вəр-рōббəəниййуунə вəəль`əhбəəру бимəə-стуhфиз̃уу миŋŋ-китəəбиль-лəhи вəкəəнуу 'əлэйhи шуhəдəə, фəлəə тəхшəвун-нəəсə вəəхшəуни вəлəə тəштəруу би`əəйəəтии c̃əмəнəн ќōлиилə, вəмəль-лəм йəhкумм-бимəə əŋŋзəлəл-лаhу фə`уулəə`икə hумуль-кəəфируун

Həqiqətən, Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!

5:45

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌ  ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥ  ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

вəкəтəбнəə 'əлэйhим фииhəə əннəн-нəфсə бин-нəфси вəəль'əйнə би-ль-'əйни вəəль`əŋŋфə би-ль-əŋŋфи вəəль`уз̃унə би-ль-уз̃уни вəс-синнə бис-синни вəəльджурууhə ќисōōс, фəмəŋŋ-тəсōддəќō биhи фəhувə кəффəəрōтуль-лəh, вəмəль-лəм йəhкумм-бимəə əŋŋзəлəл-лаhу фə`уулəə`икə hумуз̃-з̃ōōлимуун

Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!