Müqəddəs Quran / Cüz / Cüz 8
Cüz 8
6:138

وَقَالُواْ هَٰذِهِۦٓ أَنْعَٰمٌ وَحَرْثٌ حِجْرٌ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَٰمٌ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ  ۚ سَيَجْزِيهِم بِمَا كَانُواْ يَفْتَرُونَ

вəќōōлюю həəз̃иhи əн'əəмуу-вəhəрc̃ун hиджруль-лəə йəт'əмуhəə ильлəə мəн-нəшəə`у бизə'миhим вə`əн'əəмун hурримəт з̃уhууруhəə вə`əн'əəмуль-лəə йəз̃куруунə-смəл-лаhи 'əлэйhəə-фтирōō`əн 'əлэйh, сəйəджзииhимм-бимəə кəəнуу йəфтəруун

Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır». Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.

6:139

وَقَالُواْ مَا فِى بُطُونِ هَٰذِهِ ٱلْأَنْعَٰمِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا  ۖ وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَآءُ  ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ  ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ

вəќōōлюю мəə фии бутууни həəз̃иhиль-əн'əəми хōōлисōтул-лиз̃укууринəə вəмуhəррōмун 'əлəə əзвəəджинəə, вə`ий-йəкумм-мəйтəтəн фəhум фииhи шурōкəə, сəйəджзииhим вəсфəhум, иннəhу həкиимун 'əлиим

Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.

6:140

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوْلَٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ  ۚ قَدْ ضَلُّواْ وَمَا كَانُواْ مُهْتَدِينَ

ќōд хōсирōль-лəз̃иинə ќōтəлюю əулəəдəhум сəфəhəмм-биґōйри 'ильмиу-вəhəррōмуу мəə рōзəќōhумул-лаhу-фтирōō`əн 'əлəл-лаh, ќōд дōллюю вəмəə кəəнуу муhтəдиин

Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.

6:141

 ۞ وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّٰتٍ مَّعْرُوشَٰتٍ وَغَيْرَ مَعْرُوشَٰتٍ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهًا وَغَيْرَ مُتَشَٰبِهٍ  ۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ  ۖ وَلَا تُسْرِفُوٓاْ  ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

вəhувəль-лəз̃ии əŋŋшə`ə джəннəəтимм-мə'руушəəтиу-вəґōйрō мə'руушəəтиу-вəн-нəхлə вəз-зəр'ə мухтəлифəн укулюhу вəз-зəйтуунə вəр-руммəəнə мутəшəəбиhəу-вəґōйрō мутəшəəбиh, кулюю миŋŋ-c̃əмəриhи из̃əə əc̃мəрō вə`əəтуу həќќōhу йəумə həсōōдиh, вəлəə тусрифуу, иннəhу лəə йуhиббуль-мусрифиин

Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.

6:142

وَمِنَ ٱلْأَنْعَٰمِ حَمُولَةً وَفَرْشًا  ۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ  ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

вəминəль-əн'əəми həмуулəтəу-вəфəршə, кулюю миммəə рōзəќōкумул-лаhу вəлəə тəттəби'уу хутувəəтиш-шэйтōōн, иннəhу лəкум 'əдуувумм-мубиин

Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.