Müqəddəs Quran / Cüz / Cüz 8
Cüz 8
7:44

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْجَنَّةِ أَصْحَٰبَ ٱلنَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّا  ۖ قَالُواْ نَعَمْ  ۚ فَأَذَّنَ مُؤَذِّنٌۢ بَيْنَهُمْ أَن لَّعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

вəнəəдəə əсhəəбуль-джəннəти əсhəəбəн-нəəри əŋŋ-ќōд вəджəднəə мəə вə'əдəнəə рōббунəə həќќōн фəhəль вəджəттум-мəə вə'əдə рōббукум həќќō, ќōōлюю нə'əм, фə`əз̃з̃əнə му`əз̃з̃инумм-бэйнəhум əль-лə'нəтул-лаhи 'əлəəз̃-з̃ōōлимиин

Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?» (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»

7:45

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِٱلْءَاخِرَةِ كَٰفِرُونَ

əльлəз̃иинə йəсуддуунə 'əŋŋ-сəбиилиль-лəhи вəйəбґуунəhəə 'ивəджəу-вəhумм-би-ль-əəхырōти кəəфируун

O kəslərə ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər.

7:46

وَبَيْنَهُمَا حِجَابٌ  ۚ وَعَلَى ٱلْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّۢا بِسِيمَىٰهُمْ  ۚ وَنَادَوْاْ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَن سَلَٰمٌ عَلَيْكُمْ  ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

вəбэйнəhумəə hиджəəб, вə'əлəəль-ə'рōōфи риджəəлюй-йə'рифуунə кульлəмм-бисиимəəhум, вəнəəдəу əсhəəбəль-джəннəти əŋŋ-сəлəəмун 'əлэйкум, лəм йəдхулююhəə вəhум йəтмə'уун

O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ərafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.

7:47

 ۞ وَإِذَا صُرِفَتْ أَبْصَٰرُهُمْ تِلْقَآءَ أَصْحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

вə`из̃əə сурифəт əбсōōруhум тильќōō`ə əсhəəбин-нəəри ќōōлюю рōббəнəə лəə тəдж'əльнəə мə'əль-ќōумиз̃-з̃ōōлимиин

Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».

7:48

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُم بِسِيمَىٰهُمْ قَالُواْ مَآ أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

вəнəəдəə əсhəəбуль-ə'рōōфи риджəəлəй-йə'рифуунəhумм-бисиимəəhум ќōōлюю мəə əґнəə 'əŋŋкум джəм'укум вəмəə куŋŋтум тəстəкбируун

Və Ərafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»

7:49

أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحْمَةٍ  ۚ ٱدْخُلُواْ ٱلْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَآ أَنتُمْ تَحْزَنُونَ

əhəə`улəə`иль-лəз̃иинə əќсəмтум лəə йəнəəлюhумул-лаhу бирōhмəh, удхулююль-джəннəтə лəə хōуфун 'əлэйкум вəлəə əŋŋтум тəhзəнуун

(Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız».

7:50

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلنَّارِ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَنْ أَفِيضُواْ عَلَيْنَا مِنَ ٱلْمَآءِ أَوْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ  ۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلْكَٰفِرِينَ

вəнəəдəə əсhəəбун-нəəри əсhəəбəль-джəннəти əн əфиидуу 'əлэйнəə минəль-мəə`и əу миммəə рōзəќōкумул-лаh, ќōōлюю иннəл-лаhə həррōмəhумəə 'əлəəль-кəəфириин

Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən, Allah bu ikisini kafirlərə haram etmişdir».

7:51

ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا  ۚ فَٱلْيَوْمَ نَنسَىٰهُمْ كَمَا نَسُواْ لِقَآءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

əльлəз̃иинə-ттəхōз̃уу диинəhум лəhвəу-вəлə'ибəу-вəґōррōтhумуль-həйəəтуд-дунйəə, фəəльйəумə нəŋŋсəəhум кəмəə нəсуу лиќōō`ə йəумиhим həəз̃əə вəмəə кəəнуу би`əəйəəтинəə йəджhəдуун

O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.