Nəhl (Bal arısı)
16:111

 ۞ يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

йəумə тə`тии куллю нəфсин туджəəдилю 'əн-нəфсиhəə вəтувəффəə куллю нəфсимм-мəə 'əмилəт вəhум лəə йуз̃лəмуун

(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).

16:112

وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ ءَامِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ

вəдōрōбəл-лаhу мəc̃əлəн ќōрйəтəн кəəнəт əəминəтəмм-мутмə`иннəтəй-йə`тииhəə ризќуhəə рōґōдəмм-миŋŋ-кулли мəкəəнин фəкəфəрōт би`əн'умиль-лəhи фə`əз̃əəќōhəл-лаhу либəəсəль-джуу'и вəəльхōуфи бимəə кəəнуу йəснə'уун

Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geydirdi və onlara onun tamını dadızdırdı.

16:113

وَلَقَدْ جَآءَهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَٰلِمُونَ

вəлəќōд джəə`əhум рōсуулюмм-минhум фəкəз̃з̃əбууhу фə`əхōз̃əhумуль-'əз̃əəбу вəhум з̃ōōлимуун

Və həqiqətən, onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.

16:114

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًا طَيِّبًا وَٱشْكُرُواْ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

фəкулюю миммəə рōзəќōкумул-лаhу həлəəлəн тōййибəу-вəəшкуруу ни'мəтəл-лаhи иŋŋ-куŋŋтум иййəəhу тə'будуун

Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.

16:115

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ  ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

иннəмəə həррōмə 'əлэйкумуль-мəйтəтə вəд-дəмə вəлəhмəль-хыŋŋзиири вəмəə уhильлə лиґōйриль-лəhи биh, фəмəни-дтуррō ґōйрō бəəґиу-вəлəə 'əəдин фə`иннəл-лаhə ґōфуурур-рōhиим

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən, Allah çox bağışlayan və mehribandır.

16:116

وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَٰذَا حَلَٰلٌ وَهَٰذَا حَرَامٌ لِّتَفْتَرُواْ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ  ۚ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ

вəлəə тəќуулюю лимəə тəсыфу əльсинəтукумуль-кəз̃ибə həəз̃əə həлəəлюу-вəhəəз̃əə həрōōмул-литəфтəруу 'əлəл-лаhиль-кəз̃иб, иннəль-лəз̃иинə йəфтəруунə 'əлəл-лаhиль-кəз̃ибə лəə йуфлиhуун

Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.

16:117

مَتَٰعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

мəтəə'ун ќōлиилюу-вəлəhум 'əз̃əəбун əлиим

(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır.

16:118

وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ  ۖ وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمْ يَظْلِمُونَ

вə'əлəəль-лəз̃иинə həəдуу həррōмнəə мəə ќōсōснəə 'əлэйкə миŋŋ-ќōбль, вəмəə з̃ōлəмнəəhум вəлəəкиŋŋ-кəəнуу əŋŋфусəhум йəз̃лимуун

Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ənam surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.

16:119

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ تَابُواْ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

c̃уммə иннə рōббəкə лильлəз̃иинə 'əмилююс-суу`ə биджəhəəлəтин c̃уммə тəəбуу мимм-бə'ди з̃əəликə вə`əслəhуу иннə рōббəкə мимм-бə'диhəə лəґōфуурур-рōhиим

Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri – əlbəttə, sənin Rəbbin – bundan sonra çox bağışlayan və mehribandır.

16:120

إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ

иннə ибрōōhиимə кəəнə уммəтəн ќōōнитəл-лильлəhи həниифəу-вəлəм йəку минəль-мушрикиин

Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.