Müqəddəs Quran / Surələr / 21. Ənbiya
Ənbiya (Peyğəmbərlər)
21:101

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُوْلَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ

иннəль-лəз̃иинə сəбəќōт лəhум-миннəəль-hуснəə уулəə`икə 'əнhəə муб'əдуун

Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.

21:102

لَا يَسْمَعُونَ حَسِيسَهَا  ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ

лəə йəсмə'уунə həсиисəhəə, вəhум фии мəə-штəhəт əŋŋфусуhум хōōлидуун

Onlar (Sirat körpüsündən keçəndə və daha sonra) onun (Cəhənnəmin) uğultusunu belə eşitməzlər və ürəkləri istəyən şey (Cənnət nemətlərin)in içində əbədi qalacaqlar.

21:103

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ

лəə йəhзунуhумуль-фəзə'уль-əкбəру вəтəтəлəќќōōhумуль-мəлəə`икəту həəз̃əə йəумукумуль-лəз̃ии куŋŋтум туу'əдуун

O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür».

21:104

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ  ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍ نُّعِيدُهُۥ  ۚ وَعْدًا عَلَيْنَآ  ۚ إِنَّا كُنَّا فَٰعِلِينَ

йəумə нəтвиис-сəмəə`ə кəтōййис-сиджилли ли-ль-кутуб, кəмəə бəдə`нəə əувəлə хōльќин-нну'иидуh, вə'дəн 'əлэйнəə, иннəə куннəə фəə'илиин

(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.

21:105

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ

вəлəќōд кəтəбнəə фииз-зəбуури мимм-бə'диз̃-з̃икри əннəль-əрдō йəриc̃уhəə 'ибəəдийəс-сōōлиhуун

Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).

21:106

إِنَّ فِى هَٰذَا لَبَلَٰغًا لِّقَوْمٍ عَٰبِدِينَ

иннə фии həəз̃əə лəбəлəəґōл-лиќōумин 'əəбидиин

Həqiqətən, bunda (bu surədə və ya kitabın içindəkilərdə) Allaha ibadət edən dəstə üçün son məqsədə (və sağlam din və dünyaya) çatmaq vasitəsi vardır.

21:107

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةً لِّلْعَٰلَمِينَ

вəмəə əрсəльнəəкə ильлəə рōhмəтəл-ли-ль-'əəлəмиин

(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.

21:108

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ  ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

ќуль иннəмəə йууhəə илəййə əннəмəə илəəhукум илəəhуу-вəəhид, фəhəль əŋŋтум-муслимуун

De: «Həqiqətən, mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»

21:109

فَإِن تَوَلَّوْاْ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍ  ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ

фə`иŋŋ-тəвəльлəу фəќуль əəз̃əŋŋтукум 'əлəə сəвəə, вə`ин əдрии əќōриибун əмм-бə'иидумм-мəə туу'əдуун

Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm».

21:110

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ

иннəhу йə'лəмуль-джəhрō минəль-ќōули вəйə'лəму мəə тəктумуун

O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı və istehza etməyinizi) də bilir, sizin gizlətdiklərinizi də (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).