وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ
вəлəќōди-стуhзи`ə бирусулимм-миŋŋ-ќōбликə фəhəəќō бильлəз̃иинə сəхыруу минhум-мəə кəəнуу биhи йəстəhзи`уун
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.
قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ
ќуль мəй-йəклə`укумм-биль-лэйли вəн-нəhəəри минəр-рōhмəəн, бəль hум 'əŋŋ-з̃икри рōббиhим-му'ридуун
De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
أَمْ لَهُمْ ءَالِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ
əм лəhум əəлиhəтун тəмнə'уhум-миŋŋ-дуунинəə, лəə йəстəтыы'уунə нəсрō əŋŋфусиhим вəлəə hум-миннəə йусhəбуун
Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özləri və bir-birlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.
بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ
бəль мəттə'нəə həə`улəə`и вə`əəбəə`əhум həттəə тōōлə 'əлэйhимуль-'умур, əфəлəə йəрōунə əннəə нə`тииль-əрдō нəŋŋќусуhəə мин əтрōōфиhəə, əфəhумуль-ґōōлибуун
Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxsləri, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ
ќуль иннəмəə уŋŋз̃ирукумм-би-ль-вəhй, вəлəə йəсмə'ус-суммуд-ду'əə`ə из̃əə мəə йуŋŋз̃əруун
De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram». Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
вəлə`имм-мəссəтhум нəфhəтумм-мин 'əз̃əəби рōббикə лəйəќуулюннə йəə вəйлəнəə иннəə куннəə з̃ōōлимиин
Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən, biz zalım idik» deyəcəklər.
وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ
вəнəдō'уль-мəвəəзиинəль-ќистō лийəумиль-ќийəəмəти фəлəə туз̃лəму нəфсун шэй`ə, вə`иŋŋ-кəəнə миc̃ќōōлə həббəтимм-мин хōрдəлин əтəйнəə биhəə, вəкəфəə бинəə həəсибиин
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءً وَذِكْرًا لِّلْمُتَّقِينَ
вəлəќōд əəтəйнəə муусəə вəhəəруунəль-фурќōōнə вəдыйəə`əу-вəз̃икрōл-ли-ль-муттəќиин
Həqiqətən, Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.
ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ
əльлəз̃иинə йəхшəунə рōббəhумм-би-ль-ґōйби вəhум-минəс-сəə'əти мушфиќуун
O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.
وَهَٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ
вəhəəз̃əə з̃икрумм-мубəəрōкун əŋŋзəльнəəh, əфə`əŋŋтум лəhу муŋŋкируун
Nazil etdiyimiz bu (Quran bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!