Həcc (Həcc)
22:51

وَٱلَّذِينَ سَعَوْاْ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ

вəəльлəз̃иинə сə'əу фии əəйəəтинəə му'əəджизиинə уулəə`икə əсhəəбуль-джəhиим

Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.

22:52

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦ  ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

вəмəə əрсəльнəə миŋŋ-ќōбликə мир-рōсуулиу-вəлəə нəбиййин ильлəə из̃əə тəмəннəə əльќōōш-шэйтōōну фии умниййəтиhи фəйəŋŋсəхул-лаhу мəə йульќииш-шэйтōōну c̃уммə йуhкимул-лаhу əəйəəтиh, вəл-лаhу 'əлиимун həкиим

Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

22:53

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ  ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ

лийəдж'əлə мəə йульќииш-шэйтōōну фитнəтəл-лильлəз̃иинə фии ќулююбиhим-мəрōдуу-вəəльќōōсийəти ќулююбуhум, вə`иннəз̃-з̃ōōлимиинə лəфии шиќōōќимм-бə'иид

(Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.

22:54

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُواْ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ  ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

вəлийə'лəмəль-лəз̃иинə уутууль-'ильмə əннəhуль-həќќу мир-рōббикə фəйу`минуу биhи фəтухбитə лəhу ќулююбуhум, вə`иннəл-лаhə лəhəəдиль-лəз̃иинə əəмəнуу илəə сырōōтымм-мустəќиим

Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən, Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.

22:55

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِى مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ

вəлəə йəзəəлюль-лəз̃иинə кəфəруу фии мирйəтимм-минhу həттəə тə`тийəhумус-сəə'əту бəґтəтəн əу йə`тийəhум 'əз̃əəбу йəумин 'əќиим

(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Quranın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.

22:56

ٱلْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ  ۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

əльмульку йəумə`из̃ил-лильлəhи йəhкуму бэйнəhум, фəəльлəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти фии джəннəəтин-нə'иим

Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.

22:57

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

вəəльлəз̃иинə кəфəруу вəкəз̃з̃əбуу би`əəйəəтинəə фə`уулəə`икə лəhум 'əз̃əəбумм-муhиин

Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.

22:58

وَٱلَّذِينَ هَاجَرُواْ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوْ مَاتُواْ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًا  ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ

вəəльлəз̃иинə həəджəруу фии сəбиилиль-лəhи c̃уммə ќутилюю əу мəəтуу лəйəрзуќōннəhумул-лаhу ризќōн həсəнə, вə`иннəл-лаhə лəhувə хōйрур-рōōзиќиин

Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır.

22:59

لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ  ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ

лəйудхылəннəhум-мудхōлəй-йəрдōунəh, вə`иннəл-лаhə лə'əлиимун həлиим

Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).

22:60

 ۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ  ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ

з̃əəликə вəмəн 'əəќōбə бимиc̃ли мəə 'ууќибə биhи c̃уммə буґийə 'əлэйhи лəйəŋŋсурōннəhул-лаh, иннəл-лаhə лə'əфуувун ґōфуур

(İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən, Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).