Müqəddəs Quran / Surələr / 41. Fussilət
Fussilət (Müfəssəl açıqlamış)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

41:1

حمٓ

Ха, мим.

Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

41:2

تَنزِيلٌ مِّنَ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

тəŋŋзиилюмм-минəр-рōhмəəнир-рōhиим

(Bu surə və bu kitab boynunda şər’i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

41:3

كِتَٰبٌ فُصِّلَتْ ءَايَٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ

китəəбун фуссылəт əəйəəтуhу ќур`əəнəн 'əрōбиййəл-лиќōумий-йə'лəмуун

(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Quran halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.

41:4

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

бəшиирōу-вəнəз̃иирōн фə`ə'рōдō əкc̃əруhум фəhум лəə йəсмə'уун

(İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qurandır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər.

41:5

وَقَالُواْ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَٱعْمَلْ إِنَّنَا عَٰمِلُونَ

вəќōōлюю ќулююбунəə фии əкиннəтимм-миммəə тəд'уунəə илəйhи вəфии əəз̃əəнинəə вəќруу-вəмимм-бэйнинəə вəбэйникə hиджəəбун фəə'мəль иннəнəə 'əəмилююн

Və dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik».

41:6

قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَٱسْتَقِيمُوٓاْ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ  ۗ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ

ќуль иннəмəə əнəə бəшəрумм-миc̃люкум йууhəə илəййə əннəмəə илəəhукум илəəhуу-вəəhидун фəəстəќиимуу илəйhи вəəстəґфирууh, вəвəйлюл-ли-ль-мушрикиин

De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»

41:7

ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ

əльлəз̃иинə лəə йу`туунəз-зəкəəтə вəhумм-би-ль-əəхырōти hум кəəфируун

O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar.

41:8

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

иннəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти лəhум əджрун ґōйру мəмнуун

Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükfat vardır.

41:9

 ۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًا  ۚ ذَٰلِكَ رَبُّ ٱلْعَٰلَمِينَ

ќуль ə`иннəкум лəтəкфуруунə бильлəз̃ии хōлəќōль-əрдō фии йəумəйни вəтəдж'əлююнə лəhу əŋŋдəəдə, з̃əəликə рōббуль-'əəлəмиин

De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»

41:10

وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ

вəджə'əлə фииhəə рōвəəсийə миŋŋ-фəуќиhəə вəбəəрōкə фииhəə вəќōддəрō фииhəə əќвəəтəhəə фии əрбə'əти əййəəмин сəвəə`əл-лис-сəə`илиин

O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibaərt varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.