Fəth (Zəfər)
48:11

سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا  ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ  ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا  ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا

сəйəќуулю лəкəль-мухōльлəфуунə минəль-ə'рōōби шəґōлəтнəə əмвəəлюнəə вə`əhлююнəə фəəстəґфир лəнəə, йəќуулююнə би`əльсинəтиhим-мəə лэйсə фии ќулююбиhим, ќуль фəмəй-йəмлику лəкум-минəл-лаhи шэй`əн ин əрōōдə бикум дōррōн əу əрōōдə бикум нəф'ə, бəль кəəнəл-лаhу бимəə тə'мəлююнə хōбиирō

Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə». Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.

48:12

بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلْمُؤْمِنُونَ إِلَىٰٓ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِى قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ ٱلسَّوْءِ وَكُنتُمْ قَوْمًۢا بُورًا

бəль з̃ōнəŋŋтум əль-лэй-йəŋŋќōлибəр-рōсуулю вəəльму`минуунə илəə əhлииhим əбəдəу-вəзуййинə з̃əəликə фии ќулююбикум вəз̃ōнəŋŋтум з̃ōннəс-сəу`и вəкуŋŋтум ќōумəмм-буурō

(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz.

48:13

وَمَن لَّمْ يُؤْمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَعِيرًا

вəмəль-лəм йу`мимм-биль-лəhи вəрōсуулиhи фə`иннəə ə'тəднəə ли-ль-кəəфириинə сə'иирō

Kim Allaha və Onun Peyğəmbərinə iman gətirməsə (bilsin ki,) əlbəttə Biz kafirlər üçün şöləli bir od hazırlamışıq.

48:14

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ  ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

вəлильлəhи мулькус-сəмəəвəəти вəəль`əрд, йəґфиру лимəй-йəшəə`у вəйу'əз̃з̃ибу мəй-йəшəə, вəкəəнəл-лаhу ґōфуурōр-рōhиимə

Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi Onun qəti iradəsindən asılıdır.) (Günahkarlardan) istədiyini bağışlayır və istədiyinə əzab verir. Allah həmişə bağışlayan və mehribandır.

48:15

سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ  ۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِ  ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ  ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا  ۚ بَلْ كَانُواْ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا

сəйəќуулюль-мухōльлəфуунə из̃əə-ŋŋтōлəќтум илəə мəґōōнимə литə`хуз̃ууhəə з̃əруунəə нəттəби'кум, йуриидуунə əй-йубəддилюю кəлəəмəл-лаh, ќуль-лəŋŋ-тəттəби'уунəə кəз̃əəликум ќōōлəл-лаhу миŋŋ-ќōбль, фəсəйəќуулююнə бəль тəhсудуунəнəə, бəль кəəнуу лəə йəфќōhуунə ильлəə ќōлиилə

(Hüdeybiyyə hadisəsindən) yerdə qalanlar siz (Xeybərdən) qənimətləri götürməyə yollananda tezliklə sizə deyəcəklər: «Qoyun biz də sizin arxanızca gələk». Onlar Allahın (yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində Lövhi-Məhfuzda yazılmış əzəli) sözünü dəyişdirmək istəyirlər. De: «Əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl (əzəldən) belə buyurmuşdur». Onlar tezliklə deyəcəklər: «(Allah qadağan etməyib) əksinə, siz bizə paxıllıq edirsinizc. (Belə deyil,) sadəcə olaraq onlar az bir qismi istisna olmaqla anlamırlar.

48:16

قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُوْلِى بَأْسٍ شَدِيدٍ تُقَٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ  ۖ فَإِن تُطِيعُواْ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًا  ۖ وَإِن تَتَوَلَّوْاْ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا

ќул-ли-ль-мухōльлəфиинə минəль-ə'рōōби сəтуд'əунə илəə ќōумин уулии бə`син шəдиидин туќōōтилююнəhум əу йуслимуун, фə`иŋŋ-тутыы'уу йу`тикумул-лаhу əджрōн həсəнə, вə`иŋŋ-тəтəвəльлəу кəмəə тəвəльлəйтум-миŋŋ-ќōблю йу'əз̃з̃ибкум 'əз̃əəбəн əлиимə

Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm və cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi (yenə) üz döndərsəniz sizə ağrılı bir əzab verəcəkdir».

48:17

لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ  ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ  ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا

лэйсə 'əлəəль-ə'мəə həрōджуу-вəлəə 'əлəəль-ə'рōджи həрōджуу-вəлəə 'əлəəль-мəрииды həрōдж, вəмəй-йуты'иль-лəhə вəрōсуулəhу йудхыльhу джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəр, вəмəй-йəтəвəльлə йу'əз̃з̃ибhу 'əз̃əəбəн əлиимə

(Cihadda iştirak etməməyə görə) kora da günah yoxdur, topala da günah yoxdur, xəstəyə də günah yoxdur. Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə ona ağrılı bir əzab verər.

48:18

 ۞ لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَٰبَهُمْ فَتْحًا قَرِيبًا

лəќōд рōдыйəл-лаhу 'əниль-му`миниинə из̃ йубəəйи'уунəкə тəhтəш-шəджəрōти фə'əлимə мəə фии ќулююбиhим фə`əŋŋзəлəс-сəкиинəтə 'əлэйhим вə`əc̃əəбəhум фəтhəн ќōриибə

Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.

48:19

وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا  ۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا

вəмəґōōнимə кəc̃иирōтəй-йə`хуз̃уунəhəə, вəкəəнəл-лаhу 'əзиизəн həкиимə

Həmçinin (Xeybərin fəthində) götürəcəkləri çoxlu qənimətləri (mükafat verdi). Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.

48:20

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَٰذِهِۦ وَكَفَّ أَيْدِىَ ٱلنَّاسِ عَنكُمْ وَلِتَكُونَ ءَايَةً لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَٰطًا مُّسْتَقِيمًا

вə'əдəкумул-лаhу мəґōōнимə кəc̃иирōтəн тə`хуз̃уунəhəə фə'əджджəлə лəкум həəз̃иhи вəкəффə əйдийəн-нəəси 'əŋŋкум вəлитəкуунə əəйəтəл-ли-ль-му`миниинə вəйəhдийəкум сырōōтōмм-мустəќиимə

Allah sizə (gələcəkdə) götürəcəyiniz çoxlu qənimətləri vəd etmişdir. Bunu (Xeybər qənimətini) sizə tez verdi və camaatın (təcavüzkar) əlini dəf etdi (ki, Allaha təslim olasınız). (Bunu) ona görə (etdi) ki, (bu qələbələr) möminlər üçün (Allahın qüdrət və mərhəmətinin) nişanə(si) olsun və sizi doğru yola yönəltsin.