إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامًا وَيُحَرِّمُونَهُۥ عَامًا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ
иннəмəəн-нəсии`у зийəəдəтун фииль-куфр, йудōллю биhиль-лəз̃иинə кəфəруу йуhиллююнəhу 'əəмəу-вəйуhəрримуунəhу 'əəмəл-лийувəəты`уу 'иддəтə мəə həррōмəл-лаhу фəйуhиллюю мəə həррōмəл-лаh, зуййинə лəhум суу`у ə'мəəлиhим, вəл-лаhу лəə йəhдииль-ќōумəль-кəəфириин
Həqiqətən, (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْءَاخِرَةِ ۚ فَمَا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا قَلِيلٌ
йəə əййуhəəль-лəз̃иинə əəмəнуу мəə лəкум из̃əə ќиилə лəкуму-ŋŋфируу фии сəбиилиль-лəhи-c̃c̃əəќōльтум илəəль-əрд, əрōдыытумм-би-ль-həйəəтид-дунйəə минəль-əəхырōh, фəмəə мəтəə'уль-həйəəтид-дунйəə фииль-əəхырōти ильлəə ќōлииль
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.
إِلَّا تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
ильлəə тəŋŋфируу йу'əз̃з̃ибкум 'əз̃əəбəн əлиимəу-вəйəстəбдиль ќōумəн ґōйрōкум вəлəə тəдуррууhу шэй`ə, вəл-лаhу 'əлəə кулли шэй`ин ќōдиир
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
ильлəə тəŋŋсурууhу фəќōд нəсōрōhул-лаhу из̃ əхрōджəhуль-лəз̃иинə кəфəруу c̃əəнийə-c̃нəйни из̃ hумəə фииль-ґōōри из̃ йəќуулю лисōōhибиhи лəə тəhзəн иннəл-лаhə мə'əнəə, фə`əŋŋзəлəл-лаhу сəкиинəтəhу 'əлэйhи вə`əййəдəhу биджунуудиль-лəм тəрōуhəə вəджə'əлə кəлимəтəль-лəз̃иинə кəфəруус-суфлəə, вəкəлимəтул-лаhи hийəль-'ульйəə, вəл-лаhу 'əзиизун həкиим
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.