بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
бисмиль-лəhир-рōhмəəнир-рōhиим
Bağışlayan və mehriban Allahın adı ilə.
۞ وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِى كِتَٰبٍ مُّبِينٍ
вəмəə миŋŋ-дəəббəтин фииль-əрды ильлəə 'əлəл-лаhи ризќуhəə вəйə'лəму мустəќōррōhəə вəмустəудə'əhəə, куллюн фии китəəбимм-мубиин
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsindədir və O, onların əsil məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. (Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.) (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
вəhувəль-лəз̃ии хōлəќōс-сəмəəвəəти вəəль`əрдō фии ситтəти əййəəмиу-вəкəəнə 'əршуhу 'əлəəль-мəə`и лийəблювəкум əййукум əhсəну 'əмəлə, вəлə`иŋŋ-ќультə иннəкум-мəб'ууc̃уунə мимм-бə'диль-мəути лəйəќуулəннəль-лəз̃иинə кəфəруу ин həəз̃əə ильлəə сиhрумм-мубиин
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ
вəлə`ин əххōрнəə 'əнhумуль-'əз̃əəбə илəə уммəтимм-мə'дуудəтиль-лəйəќуулюннə мəə йəhбисуh, əлəə йəумə йə`тииhим лэйсə мəсрууфəн 'əнhум вəhəəќō биhим-мəə кəəнуу биhи йəстəhзи`уун
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.
وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌ كَفُورٌ
вəлə`ин əз̃əќнəəль-иŋŋсəəнə миннəə рōhмəтəн c̃уммə нəзə'нəəhəə минhу иннəhу лəйə`уусун кəфуур
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌ فَخُورٌ
вəлə`ин əз̃əќнəəhу нə'мəə`ə бə'дə дōррōō`ə мəссəтhу лəйəќуулəннə з̃əhəбəс-сəййи`əəту 'əнний, иннəhу лəфəриhун фəхуур
Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda sevinər və çox öyünər.
إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
ильлəəль-лəз̃иинə сōбəруу вə'əмилююс-сōōлиhəəти уулəə`икə лəhум-мəґфирōтуу-вə`əджрун кəбиир
Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağşılanma və böyük mükafat məhz onlar üçündür.
فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُواْ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ
фəлə'əльлəкə тəəрикумм-бə'дō мəə йууhəə илəйкə вəдōō`иќумм-биhи сōдрукə əй-йəќуулюю лəулəə уŋŋзилə 'əлэйhи кəŋŋзун əу джəə`ə мə'əhу мəлəк, иннəмəə əŋŋтə нəз̃иир, вəл-лаhу 'əлəə кулли шэй`иу-вəкииль
Buna görə də, bəlkə də sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb və ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə və onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən və onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə və mələk sənin ixtiyarında deyildir) və Allah hər bir şeyə nəzarət edən və qoruyandır.