Müqəddəs Quran / Cüz / Cüz 13
Cüz 13
12:104

وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ  ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ

вəмəə тəс`əлюhум 'əлэйhи мин əджр, ин hувə ильлəə з̃икрул-ли-ль-'əəлəмиин

Halbuki, sən onlardan (bu kitabın təbliğ və çatdırılması müqabilində) heç bir mükafat istəmirsən. Bu (Quran), aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (O, bəşər cəmiyyətinə beyinlərinin dəfinələrini, ruhlarının xüsusiyyətlərini və dünyalarının sirlərini xatırladır, bunları onların yadına salır. Odur ki, sən onlardan bir şey istəsəydin də onlar bunu layiqincə mükafatlandıra bilməzdilər.)

12:105

وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ

вəкə`əййимм-мин əəйəтин фиис-сəмəəвəəти вəəль`əрды йəмурруунə 'əлэйhəə вəhум 'əнhəə му'ридуун

Göylərdə və yerdə (Allahın tovhid, cəlal və camalına və məadın haqq olmasına dair) çoxlu nişanələr vardır ki, insanlar onların yanından üz çevirmiş və diqqətsiz halda keçib gedirlər.

12:106

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ

вəмəə йу`мину əкc̃əруhумм-биль-лəhи ильлəə вəhум-мушрикуун

Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər.

12:107

أَفَأَمِنُوٓاْ أَن تَأْتِيَهُمْ غَٰشِيَةٌ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

əфə`əминуу əŋŋ-тə`тийəhум ґōōшийəтумм-мин 'əз̃əəбиль-лəhи əу тə`тийəhумус-сəə'əту бəґтəтəу-вəhум лəə йəш'уруун

Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara yetişməsindən və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!

12:108

قُلْ هَٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓاْ إِلَى ٱللَّهِ  ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى  ۖ وَسُبْحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

ќуль həəз̃иhи сəбиилии əд'уу илəл-лаh, 'əлəə бəсыырōтин əнəə вəмəни-ттəбə'əний, вəсубhəəнəл-лаhи вəмəə əнəə минəль-мушрикиин

(Ya Peyğəmbər,) de: «Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyib və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm».

12:109

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ  ۗ أَفَلَمْ يَسِيرُواْ فِى ٱلْأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ  ۗ وَلَدَارُ ٱلْءَاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ٱتَّقَوْاْ  ۗ أَفَلَا تَعْقِلُونَ

вəмəə əрсəльнəə миŋŋ-ќōбликə ильлəə риджəəлəн-ннууhии илəйhим-мин əhлиль-ќурōō, əфəлəм йəсиируу фииль-əрды фəйəŋŋз̃уруу кəйфə кəəнə 'əəќибəтуль-лəз̃иинə миŋŋ-ќōблиhим, вəлəдəəруль-əəхырōти хōйрул-лильлəз̃иинə-ттəќōу, əфəлəə тə'ќилююн

Və səndən öncə (bəşər cəmiyyətinin hidayəti üçün mələkləri, qadınları və səhrada yaşayanları deyil) yalnız şəhər və kənd əhalisindən olub vəhy nazil etdiyimiz kişiləri göndərmişik. Məgər onlar özlərindən əvvəl olmuş kimsələrin aqibətlərinin necə olmasını görmək üçün yer üzündə seyr etməyiblər?! Əlbəttə, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?!

12:110

حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمْ قَدْ كُذِبُواْ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ  ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ

həттəə из̃əə-стəй`əсəр-русулю вəз̃ōннуу əннəhум ќōд куз̃ибуу джəə`əhум нəсрунəə фəнуджджийə мəн-нəшəə, вəлəə йурōдду бə`сунəə 'əниль-ќōумиль-муджримиин

(Bizim peyğəmbərlərimiz dəvət, qövmlər isə inkar etdilər və) nəhayət peyğəmbərlərimiz naümid olan və (qövmlər) onlara yalan deyilməsini güman edən zaman (birdən) Bizim köməyimiz onlara yetişdi. Beləliklə istədiyimiz kəslər xilas edildilər. (Əlbəttə,) Bizim əzabımız günahkar qövmdən sovuşdurulmur.

12:111

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِى ٱلْأَلْبَٰبِ  ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

лəќōд кəəнə фии ќōсōсыhим 'ибрōтул-ли`уулииль-əльбəəб, мəə кəəнə həдииc̃əй-йуфтəрōō вəлəəкиŋŋ-тəсдииќōль-лəз̃ии бэйнə йəдəйhи вəтəфсыылə кулли шэй`иу-вəhудəу-вəрōhмəтəл-лиќōумий-йу`минуун

Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir.