وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَٰبِ
вəйəќуулюль-лəз̃иинə кəфəруу лəстə мурсəлə, ќуль кəфəə биль-лəhи шəhиидəмм-бэйнии вəбэйнəкум вəмəн 'иŋŋдəhу 'ильмуль-китəəб
Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Quranın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
Алиф, лəм, ра. китəəбун əŋŋзəльнəəhу илəйкə литухриджəн-нəəсə минəз̃-з̃улюмəəти илəəн-нуури би`из̃ни рōббиhим илəə сырōōтыль-'əзиизиль-həмиид
Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Quran dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.
ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ
аллаhиль-лəз̃ии лəhу мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəвəйлюл-ли-ль-кəəфириинə мин 'əз̃əəбин шəдиид
O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!
ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُوْلَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍ
əльлəз̃иинə йəстəhиббуунəль-həйəəтəд-дунйəə 'əлəəль-əəхырōти вəйəсуддуунə 'əŋŋ-сəбиилиль-лəhи вəйəбґуунəhəə 'ивəджə, уулəə`икə фии дōлəəлимм-бə'иид
O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
вəмəə əрсəльнəə мир-рōсуулин ильлəə билисəəни ќōумиhи лийубəййинə лəhум, фəйудыллюл-лаhу мəй-йəшəə`у вəйəhдии мəй-йəшəə, вəhувəль-'əзиизуль-həкиим
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
вəлəќōд əрсəльнəə муусəə би`əəйəəтинəə əн əхридж ќōумəкə минəз̃-з̃улюмəəти илəəн-нуури вəз̃əккирhумм-би`əййəəмиль-лəh, иннə фии з̃əəликə лə`əəйəəтил-ликулли сōббəəрин шəкуур
Həqiqətən, Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən, bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.