Müqəddəs Quran / Cüz / Cüz 14
Cüz 14
16:27

ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَٰٓقُّونَ فِيهِمْ  ۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَٰفِرِينَ

c̃уммə йəумəль-ќийəəмəти йухзииhим вəйəќуулю əйнə шурōкəə`ийəль-лəз̃иинə куŋŋтум тушəəќќуунə фииhим, ќōōлəль-лəз̃иинə уутууль-'ильмə иннəль-хызйəль-йəумə вəс-суу`ə 'əлəəль-кəəфириин

Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən, bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».

16:28

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ  ۖ فَأَلْقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ  ۚ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ

əльлəз̃иинə тəтəвəффəəhумуль-мəлəə`икəту з̃ōōлимии əŋŋфусиhим, фə`əльќōвус-сəлəмə мəə куннəə нə'мəлю миŋŋ-суу, бəлəə иннəл-лаhə 'əлиимумм-бимəə куŋŋтум тə'мəлююн

Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz, Allah etdiklərinizi biləndir».

16:29

فَٱدْخُلُوٓاْ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا  ۖ فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ

фəəдхулюю əбвəəбə джəhəннəмə хōōлидиинə фииhəə, фəлəби`сə мəc̃вəəль-мутəкəббириин

Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!

16:30

 ۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْاْ مَاذَآ أَنزَلَ رَبُّكُمْ  ۚ قَالُواْ خَيْرًا  ۗ لِّلَّذِينَ أَحْسَنُواْ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ  ۚ وَلَدَارُ ٱلْءَاخِرَةِ خَيْرٌ  ۚ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ

вəќиилə лильлəз̃иинə-ттəќōу мəəз̃əə əŋŋзəлə рōббукум, ќōōлюю хōйрō, лильлəз̃иинə əhсəнуу фии həəз̃иhид-дунйəə həсəнəh, вəлəдəəруль-əəхырōти хōйр, вəлəни'мə дəəруль-муттəќиин

Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!

16:31

جَنَّٰتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ  ۖ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ  ۚ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ

джəннəəту 'əдний-йəдхулююнəhəə тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəр, лəhум фииhəə мəə йəшəə`уун, кəз̃əəликə йəджзиил-лаhуль-муттəќиин

Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.

16:32

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَٰمٌ عَلَيْكُمُ ٱدْخُلُواْ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ

əльлəз̃иинə тəтəвəффəəhумуль-мəлəə`икəту тōййибиинə йəќуулююнə сəлəəмун 'əлэйкуму-дхулююль-джəннəтə бимəə куŋŋтум тə'мəлююн

O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.

16:33

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ  ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ  ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمْ يَظْلِمُونَ

həль йəŋŋз̃уруунə ильлəə əŋŋ-тə`тийəhумуль-мəлəə`икəту əу йə`тийə əмру рōббик, кəз̃əəликə фə'əлəль-лəз̃иинə миŋŋ-ќōблиhим, вəмəə з̃ōлəмəhумул-лаhу вəлəəкиŋŋ-кəəнуу əŋŋфусəhум йəз̃лимуун

Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.

16:34

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ

фə`əсōōбəhум сəййи`əəту мəə 'əмилюю вəhəəќō биhим-мəə кəəнуу биhи йəстəhзи`уун

Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.