وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّقَوْمٍ يَسْمَعُونَ
вəл-лаhу əŋŋзəлə минəс-сəмəə`и мəə`əн фə`əhйəə биhиль-əрдō бə'дə мəутиhəə, иннə фии з̃əəликə лə`əəйəтəл-лиќōумий-йəсмə'уун
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّٰرِبِينَ
вə`иннə лəкум фииль-əн'əəми лə'ибрōh, нусќиикум-миммəə фии бутууниhи мимм-бэйни фəрc̃иу-вəдəмиль-лəбəнəн хōōлисōн сəə`иґōл-лиш-шəəрибиин
Həqiqətən, dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan – mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّقَوْمٍ يَعْقِلُونَ
вəмиŋŋ-c̃əмəрōōтин-нəхыыли вəəль`ə'нəəби тəттəхыз̃уунə минhу сəкəрōу-вəризќōн həсəнə, иннə фии з̃əəликə лə`əəйəтəл-лиќōумий-йə'ќилююн
Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən, bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
вə`əуhəə рōббукə илəəн-нəhли əни-ттəхыз̃ии минəль-джибəəли буйуутəу-вəминəш-шəджəри вəмиммəə йə'ришуун
Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
c̃уммə кулии миŋŋ-куллиc̃-c̃əмəрōōти фəəслюкии субулə рōббики з̃улюлə, йəхруджу мимм-бутууниhəə шəрōōбумм-мухтəлифун əльвəəнуhу фииhи шифəə`ул-лин-нəəс, иннə фии з̃əəликə лə`əəйəтəл-лиќōумий-йəтəфəккəруун
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et». Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən, bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ ۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ
вəл-лаhу хōлəќōкум c̃уммə йəтəвəффəəкум, вəмиŋŋкум-мəй-йурōдду илəə əрз̃əлиль-'умури ликəй лəə йə'лəмə бə'дə 'ильмин шэй`ə, иннəл-лаhə 'əлиимун ќōдиир
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cisimin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən, Allah çox bilən və qüdrətlidir.
وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِى ٱلرِّزْقِ ۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ ۚ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ
вəл-лаhу фəддōлə бə'дōкум 'əлəə бə'дын фиир-ризќ, фəмəəль-лəз̃иинə фуддылюю бирōōддии ризќиhим 'əлəə мəə мəлəкəт əймəəнуhум фəhум фииhи сəвəə, əфəбини'мəтиль-лəhи йəджhəдуун
Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ ۚ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ
вəл-лаhу джə'əлə лəкум-мин əŋŋфусикум əзвəəджəу-вəджə'əлə лəкум-мин əзвəəджикумм-бəниинə вəhəфəдəтəу-вəрōзəќōкум-минəт-тōййибəəт, əфəби-ль-бəəтыли йу`минуунə вəбини'мəтиль-лəhи hум йəкфуруун
Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsindən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!