وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًٔا وَلَا يَسْتَطِيعُونَ
вəйə'будуунə миŋŋ-дууниль-лəhи мəə лəə йəмлику лəhум ризќōмм-минəс-сəмəəвəəти вəəль`əрды шэй`əу-вəлəə йəстəтыы'уун
Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər.
فَلَا تَضْرِبُواْ لِلَّهِ ٱلْأَمْثَالَ ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
фəлəə тəдрибуу лильлəhиль-əмc̃əəль, иннəл-лаhə йə'лəму вə`əŋŋтум лəə тə'лəмуун
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən, Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَمَن رَّزَقْنَٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُۥنَ ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
дōрōбəл-лаhу мəc̃əлəн 'əбдəмм-мəмлююкəль-лəə йəќдиру 'əлəə шэй`иу-вəмəр-рōзəќнəəhу миннəə ризќōн həсəнəн фəhувə йуŋŋфиќу минhу сиррōу-вəджəhрō, həль йəстəвуун, əльhəмду лильлəh, бəль əкc̃əруhум лəə йə'лəмуун
Allah (bir malı olmayan və) heç nəyə (nə özü və malı, nə də ağasının iş və malı barəsində) gücü çatmayıb olmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
вəдōрōбəл-лаhу мəc̃əлəр-рōджулəйни əhəдуhумəə əбкəму лəə йəќдиру 'əлəə шэй`иу-вəhувə кəллюн 'əлəə мəулəəhу əйнəмəə йувəджджиhhу лəə йə`ти бихōйр, həль йəстəвии hувə вəмəй-йə`муру би-ль-'əдли вəhувə 'əлəə сырōōтымм-мустəќиим
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
вəлильлəhи ґōйбус-сəмəəвəəти вəəль`əрд, вəмəə əмрус-сəə'əти ильлəə кəлəмhиль-бəсōри əу hувə əќрōб, иннəл-лаhə 'əлəə кулли шэй`ин ќōдиир
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən, Allah hər şeyə qadirdir.
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
вəл-лаhу əхрōджəкум-мимм-бутууни уммəhəəтикум лəə тə'лəмуунə шэй`əу-вəджə'əлə лəкумус-сəм'ə вəəль`əбсōōрō вəəль`əф`идəтə лə'əльлəкум тəшкуруун
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz.
أَلَمْ يَرَوْاْ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
əлəм йəрōу илəəт-тōйри мусəххōрōōтин фии джəувис-сəмəə`и мəə йумсикуhуннə ильлəл-лаh, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йу`минуун
Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.