Müqəddəs Quran / Cüz / Cüz 17
Cüz 17
21:82

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ  ۖ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ

вəминəш-шəйəəтыыни мəй-йəґуусуунə лəhу вəйə'мəлююнə 'əмəлəн дуунə з̃əəлик, вəкуннəə лəhум həəфиз̃ыын

Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.

21:83

 ۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

вə`əййуубə из̃ нəəдəə рōббəhу əннии мəссəнийəд-дурру вə`əŋŋтə əрhəмур-рōōhимиин

Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!

21:84

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّ  ۖ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ

фəəстəджəбнəə лəhу фəкəшəфнəə мəə биhи миŋŋ-дурр, вə`əəтəйнəəhу əhлəhу вəмиc̃лəhум-мə'əhум рōhмəтəмм-мин 'иŋŋдинəə вəз̃икрōō ли-ль-'əəбидиин

Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.

21:85

وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ  ۖ كُلٌّ مِّنَ ٱلصَّٰبِرِينَ

вə`исмəə'иилə вə`идриисə вəз̃əəль-кифль, куллюмм-минəс-сōōбириин

Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).

21:86

وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ  ۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ

вə`əдхōльнəəhум фии рōhмəтинəə, иннəhум-минəс-сōōлиhиин

Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.

21:87

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ

вəз̃əəн-нууни из̃-з̃əhəбə муґōōдыбəн фəз̃ōннə əль-лəн-нəќдирō 'əлэйhи фəнəəдəə фииз̃-з̃улюмəəти əль-лəə илəəhə ильлəə əŋŋтə субhəəнəкə иннии куŋŋту минəз̃-з̃ōōлимиин

Və Zənnunu (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam».

21:88

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ  ۚ وَكَذَٰلِكَ نُۨجِى ٱلْمُؤْمِنِينَ

фəəстəджəбнəə лəhу вəнəджджəйнəəhу минəль-ґōмм, вəкəз̃əəликə нуŋŋджииль-му`миниин

Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.

21:89

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ

вəзəкəриййəə из̃ нəəдəə рōббəhу рōбби лəə тəз̃əрнии фəрдəу-вə`əŋŋтə хōйруль-вəəриc̃иин

Və Zəkəriyyanı (yada sal). O zaman ki, o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.

21:90

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ  ۚ إِنَّهُمْ كَانُواْ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا  ۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ

фəəстəджəбнəə лəhу вəвəhəбнəə лəhу йəhйəə вə`əслəhнəə лəhу зəуджəh, иннəhум кəəнуу йусəəри'уунə фииль-хōйрōōти вəйəд'уунəнəə рōґōбəу-вəрōhəбə, вəкəəнуу лəнəə хōōши'иин

Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.