وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةً لِّلْعَٰلَمِينَ
вəəльлəтии əhсōнəт фəрджəhəə фəнəфəхнəə фииhəə мир-рууhинəə вəджə'əльнəəhəə вəəбнəhəə əəйəтəл-ли-ль-'əəлəмиин
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ
иннə həəз̃иhи уммəтукум уммəтəу-вəəhидəтəу-вə`əнəə рōббукум фəə'будуун
(Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
وَتَقَطَّعُوٓاْ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ
вəтəќōттō'уу əмрōhумм-бэйнəhум, куллюн илəйнəə рōōджи'уун
Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ
фəмəй-йə'мəль минəс-сōōлиhəəти вəhувə му`минун фəлəə куфрōōнə лисə'йиhи вə`иннəə лəhу кəəтибуун
Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.
وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ
вəhəрōōмун 'əлəə ќōрйəтин əhлəкнəəhəə əннəhум лəə йəрджи'уун
Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar.
حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ
həттəə из̃əə футиhəт йə`джууджу вəмə`джууджу вəhум-миŋŋ-кулли həдəбий-йəŋŋсилююн
(İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.
وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ
вəəќтəрōбəль-вə'дуль-həќќу фə`из̃əə hийə шəəхысōтун əбсōōруль-лəз̃иинə кəфəруу йəə вəйлəнəə ќōд куннəə фии ґōфлəтимм-мин həəз̃əə бəль куннəə з̃ōōлимиин
Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb)».
إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ
иннəкум вəмəə тə'будуунə миŋŋ-дууниль-лəhи həсōбу джəhəннəмə əŋŋтум лəhəə вəəридуун
(Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən, siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız».
لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةً مَّا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَٰلِدُونَ
лəу кəəнə həə`улəə`и əəлиhəтəмм-мəə вəрōдууhəə, вəкуллюн фииhəə хōōлидуун
Əgər onlar tanrı olsaydılar Cəhənnəmə girməzdilər. (Onların) hamısı orada əbədi qalacaqlar.
لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
лəhум фииhəə зəфиируу-вəhум фииhəə лəə йəсмə'уун
Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın şiddətindən və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər.
إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُوْلَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ
иннəль-лəз̃иинə сəбəќōт лəhум-миннəəль-hуснəə уулəə`икə 'əнhəə муб'əдуун
Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.