قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ
ќōōлə фəəльhəќќу вəəльhəќќō əќууль
(Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ
лə`əмлə`əннə джəhəннəмə миŋŋкə вəмиммəŋŋ-тəби'əкə минhум əджмə'иин
Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam».
قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ
ќуль мəə əс`əлюкум 'əлэйhи мин əджриу-вəмəə əнəə минəль-мутəкəллифиин
(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ
ин hувə ильлəə з̃икрул-ли-ль-'əəлəмиин
Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ
вəлəтə'лəмуннə нəбə`əhу бə'дə hиин
Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
тəŋŋзиилюль-китəəби минəл-лаhиль-'əзиизиль-həкиим
Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ
иннəə əŋŋзəльнəə илəйкəль-китəəбə би-ль-həќќи фəə'будиль-лəhə мухлисōль-лəhуд-диин
Həqiqətən, bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَٰذِبٌ كَفَّارٌ
əлəə лильлəhид-диинуль-хōōлис, вəəльлəз̃иинə-ттəхōз̃уу миŋŋ-дууниhи əулийəə`ə мəə нə'будуhум ильлəə лийуќōррибуунəə илəл-лаhи зульфəə иннəл-лаhə йəhкуму бэйнəhум фии мəə hум фииhи йəхтəлифуун, иннəл-лаhə лəə йəhдии мəн hувə кəəз̃ибун кəффəəр
Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən, Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ
лəу əрōōдəл-лаhу əй-йəттəхыз̃ə вəлəдəль-лəəстōфəə миммəə йəхлюќу мəə йəшəə, субhəəнəh, hувəл-лаhуль-вəəhидуль-ќōhhəəр
Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ
хōлəќōс-сəмəəвəəти вəəль`əрдō би-ль-həќќ, йукəувируль-лэйлə 'əлəəн-нəhəəри вəйукəувирун-нəhəəрō 'əлəəль-лэйль, вəсəххōрōш-шəмсə вəəльќōмəр, куллюй-йəджрии ли`əджəлимм-мусəммəн, əлəə hувəль-'əзиизуль-ґōффəəр
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyirinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!