وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِى عَذَابٍ مُّقِيمٍ
вəтəрōōhум йу'рōдуунə 'əлэйhəə хōōши'иинə минəз̃-з̃улли йəŋŋз̃уруунə миŋŋ-тōрфин хōфийй, вəќōōлəль-лəз̃иинə əəмəнуу иннəль-хōōсириинəль-лəз̃иинə хōсируу əŋŋфусəhум вə`əhлииhим йəумəль-ќийəəмəh, əлəə иннəз̃-з̃ōōлимиинə фии 'əз̃əəбимм-муќиим
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir». Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ
вəмəə кəəнə лəhум-мин əулийəə`ə йəŋŋсуруунəhум-миŋŋ-дууниль-лəh, вəмəй-йудлилиль-лəhу фəмəə лəhу миŋŋ-сəбииль
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
ٱسْتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ
истəджиибуу лирōббикум-миŋŋ-ќōбли əй-йə`тийə йəумуль-лəə мəрōддə лəhу минəл-лаh, мəə лəкум-мимм-мəльджə`ий-йəумə`из̃иу-вəмəə лəкум-мин-нəкиир
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
فَإِنْ أَعْرَضُواْ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَٰنَ كَفُورٌ
фə`ин ə'рōдуу фəмəə əрсəльнəəкə 'əлэйhим həфииз̃ō, ин 'əлэйкə ильлəəль-бəлəəґ, вə`иннəə из̃əə əз̃əќнəəль-иŋŋсəəнə миннəə рōhмəтəн фəриhə биhəə, вə`иŋŋ-тусыбhум сəййи`əтумм-бимəə ќōддəмəт əйдииhим фə`иннəль-иŋŋсəəнə кəфуур
Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
لِّلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثًا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
лильлəhи мулькус-сəмəəвəəти вəəль`əрд, йəхлюќу мəə йəшəə, йəhəбу лимəй-йəшəə`у инəəc̃əу-вəйəhəбу лимəй-йəшəə`уз̃-з̃укуур
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusur. (Çünki onların yaradılması, qorunması, iradə edilməsi və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَٰثًا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌ قَدِيرٌ
əу йузəувиджуhум з̃укрōōнəу-вə`инəəc̃ə, вəйəдж'əлю мəй-йəшəə`у 'əќиимə, иннəhу 'əлиимун ќōдиир
Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌ
вəмəə кəəнə либəшəрин əй-йукəллимəhул-лаhу ильлəə вəhйəн əу миу-вəрōō`и hиджəəбин əу йурсилə рōсуулəн фəйууhийə би`из̃ниhи мəə йəшəə, иннəhу 'əлиййун həкиим
Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən, Allah uca məqamlı və hikmət sahibidir.