Müqəddəs Quran / Cüz / Cüz 26
Cüz 26
46:29

وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓاْ أَنصِتُواْ  ۖ فَلَمَّا قُضِىَ وَلَّوْاْ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ

вə`из̃ сōрōфнəə илəйкə нəфəрōмм-минəль-джинни йəстəми'уунəль-ќур`əəнə фəлəммəə həдōрууhу ќōōлюю əŋŋсытуу, фəлəммəə ќудыйə вəльлəу илəə ќōумиhим-муŋŋз̃ириин

Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qurana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Quran oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.

46:30

قَالُواْ يَٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُّسْتَقِيمٍ

ќōōлюю йəə ќōумəнəə иннəə сəми'нəə китəəбəн уŋŋзилə мимм-бə'ди муусəə мусōддиќōл-лимəə бэйнə йəдəйhи йəhдии илəəль-həќќи вə`илəə тōрииќимм-мустəќиим

Dedilər: «Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik».

46:31

يَٰقَوْمَنَآ أَجِيبُواْ دَاعِىَ ٱللَّهِ وَءَامِنُواْ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ

йəə ќōумəнəə əджиибуу дəə'ийəл-лаhи вə`əəминуу биhи йəґфир лəкум-миŋŋ-з̃унуубикум вəйуджиркум-мин 'əз̃əəбин əлиим

«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin».

46:32

وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ  ۚ أُوْلَٰٓئِكَ فِى ضَلَٰلٍ مُّبِينٍ

вəмəль-лəə йуджиб дəə'ийəл-лаhи фəлэйсə биму'джизин фииль-əрды вəлэйсə лəhу миŋŋ-дууниhи əулийəə, уулəə`икə фии дōлəəлимм-мубиин

Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.

46:33

أَوَلَمْ يَرَوْاْ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ  ۚ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

əвəлəм йəрōу əннəл-лаhəль-лəз̃ии хōлəќōс-сəмəəвəəти вəəль`əрдō вəлəм йə'йə бихōльќиhиннə биќōōдирин 'əлəə əй-йуhйийəль-мəутəə, бəлəə иннəhу 'əлəə кулли шэй`ин ќōдиир

Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.

46:34

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ  ۖ قَالُواْ بَلَىٰ وَرَبِّنَا  ۚ قَالَ فَذُوقُواْ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

вəйəумə йу'рōдуль-лəз̃иинə кəфəруу 'əлəəн-нəəри əлэйсə həəз̃əə би-ль-həќќ, ќōōлюю бəлəə вəрōббинəə, ќōōлə фəз̃ууќууль-'əз̃əəбə бимəə куŋŋтум тəкфуруун

Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır)». (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»

46:35

فَٱصْبِرْ كَمَا صَبَرَ أُوْلُواْ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ  ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓاْ إِلَّا سَاعَةً مِّن نَّهَارٍۭ  ۚ بَلَٰغٌ  ۚ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَٰسِقُونَ

фəəсбир кəмəə сōбəрō уулююль-'əзми минəр-русули вəлəə тəстə'джиль-лəhум, кə`əннəhум йəумə йəрōунə мəə йуу'əдуунə лəм йəльбəc̃уу ильлəə сəə'əтəмм-мин-нəhəəр, бəлəəґ, фəhəль йуhлəку ильлəəль-ќōумуль-фəəсиќуун

Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi - Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!