Müqəddəs Quran / Cüz / Cüz 26
Cüz 26
49:5

وَلَوْ أَنَّهُمْ صَبَرُواْ حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ  ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

вəлəу əннəhум сōбəруу həттəə тəхруджə илəйhим лəкəəнə хōйрōль-лəhум, вəл-лаhу ґōфуурур-рōhиим

Əgər onlar sən onlara tərəf çıxana kimi səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Allah çox bağışlayan və mehribandır.

49:6

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمْ فَاسِقٌۢ بِنَبَإٍ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوْمًۢا بِجَهَٰلَةٍ فَتُصْبِحُواْ عَلَىٰ مَا فَعَلْتُمْ نَٰدِمِينَ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу иŋŋ-джəə`əкум фəəсиќумм-бинəбə`ин фəтəбэййəнуу əŋŋ-тусыыбуу ќōумəмм-биджəhəəлəтин фəтусбиhуу 'əлəə мəə фə'əльтум нəəдимиин

Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.

49:7

وَٱعْلَمُوٓاْ أَنَّ فِيكُمْ رَسُولَ ٱللَّهِ  ۚ لَوْ يُطِيعُكُمْ فِى كَثِيرٍ مِّنَ ٱلْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيْكُمُ ٱلْإِيمَٰنَ وَزَيَّنَهُۥ فِى قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ ٱلْكُفْرَ وَٱلْفُسُوقَ وَٱلْعِصْيَانَ  ۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ

вəə'лəмуу əннə фиикум рōсуулəл-лаh, лəу йутыы'укум фии кəc̃ииримм-минəль-əмри лə'əниттум вəлəəкиннəл-лаhə həббəбə илəйкумуль-иимəəнə вəзəййəнəhу фии ќулююбикум вəкəррōhə илəйкумуль-куфрō вəəльфусууќō вəəль'исйəəн, уулəə`икə hумур-рōōшидуун

Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.

49:8

فَضْلًا مِّنَ ٱللَّهِ وَنِعْمَةً  ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

фəдлəмм-минəл-лаhи вəни'мəh, вəл-лаhу 'əлиимун həкиим

(Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir.

49:9

وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُواْ فَأَصْلِحُواْ بَيْنَهُمَا  ۖ فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَٰتِلُواْ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ  ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُواْ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓاْ  ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

вə`иŋŋ-тōō`ифəтəəни минəль-му`миниинə-ќтəтəлюю фə`əслиhуу бэйнəhумəə, фə`имм-бəґōт иhдəəhумəə 'əлəəль-ухрōō фəќōōтилююль-лəтии тəбґии həттəə тəфии`ə илəə əмриль-лəh, фə`иŋŋ-фəə`əт фə`əслиhуу бэйнəhумəə би-ль-'əдли вə`əќситуу, иннəл-лаhə йуhиббуль-муќситыын

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə, əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.

49:10

إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُواْ بَيْنَ أَخَوَيْكُمْ  ۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

иннəмəəль-му`минуунə ихвəтун фə`əслиhуу бэйнə əхōвəйкум, вəəттəќуул-лаhə лə'əльлəкум турhəмуун

Həqiqətən, bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.

49:11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيْرًا مِّنْهُمْ وَلَا نِسَآءٌ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ  ۖ وَلَا تَلْمِزُوٓاْ أَنفُسَكُمْ وَلَا تَنَابَزُواْ بِٱلْأَلْقَٰبِ  ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَٰنِ  ۚ وَمَن لَّمْ يَتُبْ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə йəсхōр ќōумумм-миŋŋ-ќōумин 'əсəə əй-йəкуунуу хōйрōмм-минhум вəлəə нисəə`умм-мин-нисəə`ин 'əсəə əй-йəкуннə хōйрōмм-минhунн, вəлəə тəльмизуу əŋŋфусəкум вəлəə тəнəəбəзуу би-ль-əльќōōб, би`сə-лисмуль-фусууќу бə'дəль-иимəəн, вəмəль-лəм йəтуб фə`уулəə`икə hумуз̃-з̃ōōлимуун

Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!