Müqəddəs Quran / Cüz / Cüz 27
Cüz 27
57:25

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ  ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ  ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ

лəќōд əрсəльнəə русулəнəə би-ль-бэййинəəти вə`əŋŋзəльнəə мə'əhумуль-китəəбə вəəльмиизəəнə лийəќуумəн-нəəсу би-ль-ќист, вə`əŋŋзəльнəəль-həдиидə фииhи бə`сун шəдиидуу-вəмəнəəфи'у лин-нəəси вəлийə'лəмəл-лаhу мəй-йəŋŋсуруhу вəрусулəhу би-ль-ґōйб, иннəл-лаhə ќōвиййун 'əзииз

Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən, Allah qüvvətli və yenilməz qüdrət sahibidir.

57:26

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ  ۖ فَمِنْهُم مُّهْتَدٍ  ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَٰسِقُونَ

вəлəќōд əрсəльнəə нууhəу-вə`ибрōōhиимə вəджə'əльнəə фии з̃урриййəтиhимəəн-нубуувəтə вəəлькитəəб, фəминhум-муhтəд, вəкəc̃иирумм-минhум фəəсиќуун

Həqiqətən, Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.

57:27

ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا  ۖ فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنْهُمْ أَجْرَهُمْ  ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَٰسِقُونَ

c̃уммə ќōффəйнəə 'əлəə əəc̃əəриhимм-бирусулинəə вəќōффəйнəə би'иисəə-бни мəрйəмə вə`əəтəйнəəhуль-иŋŋджиилə вəджə'əльнəə фии ќулююбиль-лəз̃иинə-ттəбə'ууhу рō`фəтəу-вəрōhмəтəу-вəрōhбəəниййəтəн-бтəдə'ууhəə мəə кəтəбнəəhəə 'əлэйhим ильлəə-бтиґōō`ə ридвəəниль-лəhи фəмəə рō'əуhəə həќќō ри'əəйəтиhəə, фə`əəтəйнəəль-лəз̃иинə əəмəнуу минhум əджрōhум, вəкəc̃иирумм-минhум фəəсиќуун

Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə, Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.

57:28

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَءَامِنُواْ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ  ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-ттəќуул-лаhə вə`əəминуу бирōсуулиhи йу`тикум кифлəйни мир-рōhмəтиhи вəйəдж'əль-лəкум нуурōн тəмшуунə биhи вəйəґфир лəкум, вəл-лаhу ґōфуурур-рōhиим

Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s)) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.

57:29

لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍ مِّن فَضْلِ ٱللَّهِ ۙ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ  ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

ли`əльлəə йə'лəмə əhлюль-китəəби əльлəə йəќдируунə 'əлəə шэй`имм-миŋŋ-фəдлиль-лəhи вə`əннəль-фəдлə бийəдиль-лəhи йу`тииhи мəй-йəшəə, вəл-лаhу з̃ууль-фəдлиль-'əз̃ыым

Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.