Müqəddəs Quran / Cüz / Cüz 3
Cüz 3

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

2:253

 ۞ تِلْكَ ٱلرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ  ۘ مِّنْهُم مَّن كَلَّمَ ٱللَّهُ  ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَٰتٍ  ۚ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَٰتِ وَأَيَّدْنَٰهُ بِرُوحِ ٱلْقُدُسِ  ۗ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعْدِهِم مِّنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخْتَلَفُواْ فَمِنْهُم مَّنْ ءَامَنَ وَمِنْهُم مَّن كَفَرَ  ۚ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

тилькəр-русулю фəддōльнəə бə'дōhум 'əлəə бə'д, минhум-мəŋŋ-кəльлəмəл-лаh, вəрōфə'ə бə'дōhум дəрōджəəт, вə`əəтəйнəə 'иисəə-бнə мəрйəмəль-бэййинəəти вə`əййəднəəhу бирууhиль-ќудус, вəлəу шəə`əл-лаhу мəə-ќтəтəлəль-лəз̃иинə мимм-бə'диhим-мимм-бə'ди мəə джəə`əтhумуль-бэййинəəту вəлəəкини-хтəлəфуу фəминhум-мəн əəмəнə вəминhум-мəŋŋ-кəфəр, вəлəу шəə`əл-лаhу мəə-ќтəтəлюю вəлəəкиннəл-лаhə йəф'əлю мəə йуриид

Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə, onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.

2:254

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَٰعَةٌ  ۗ وَٱلْكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу əŋŋфиќуу миммəə рōзəќнəəкум-миŋŋ-ќōбли əй-йə`тийə йəумуль-лəə бэй'ун фииhи вəлəə хульлəтуу-вəлəə шəфəə'əh, вəəлькəəфируунə hумуз̃-з̃ōōлимуун

Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!

2:255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ  ۚ لَا تَأْخُذُهُۥ سِنَةٌ وَلَا نَوْمٌ  ۚ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ  ۗ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ  ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ  ۖ وَلَا يُحِيطُونَ بِشَىْءٍ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ  ۚ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ  ۖ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا  ۚ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ

аллаhу лəə илəəhə ильлəə hувəль-həййуль-ќōййуум, лəə тə`хуз̃уhу синəтуу-вəлəə нəум, лəhу мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, мəŋŋ-з̃əəль-лəз̃ии йəшфə'у 'иŋŋдəhу ильлəə би`из̃ниh, йə'лəму мəə бэйнə əйдииhим вəмəə хōльфəhум, вəлəə йуhиитуунə бишəй`имм-мин 'ильмиhи ильлəə бимəə шəə, вəси'ə курсиййуhус-сəмəəвəəти вəəль`əрд, вəлəə йə`уудуhу hифз̃уhумəə, вəhувəль-'əлиййуль-'əз̃ыым

Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.

2:256

لَآ إِكْرَاهَ فِى ٱلدِّينِ  ۖ قَد تَّبَيَّنَ ٱلرُّشْدُ مِنَ ٱلْغَىِّ  ۚ فَمَن يَكْفُرْ بِٱلطَّٰغُوتِ وَيُؤْمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ لَا ٱنفِصَامَ لَهَا  ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

лəə икрōōhə фиид-диин, ќōт-тəбэййəнəр-рушду минəль-ґōйй, фəмəй-йəкфур бит-тōōґуути вəйу`мимм-биль-лəhи фəќōди-стəмсəкə би-ль-'урвəтиль-вуc̃ќōō лəə-ŋŋфисōōмə лəhəə, вəл-лаhу сəмии'ун 'əлиим

Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.