Müqəddəs Quran / Cüz / Cüz 2
Cüz 2

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

2:142

 ۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمْ عَن قِبْلَتِهِمُ ٱلَّتِى كَانُواْ عَلَيْهَا  ۚ قُل لِّلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ  ۚ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

сəйəќуулюс-суфəhəə`у минəн-нəəси мəə вəльлəəhум 'əŋŋ-ќиблəтиhимуль-лəтии кəəнуу 'əлэйhəə, ќул-лильлəhиль-мəшриќу вəəльмəґриб, йəhдии мəй-йəшəə`у илəə сырōōтымм-мустəќиим

Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kəbəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir». (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kəbəyə üz tutmaq məsləhətdir.)

2:143

وَكَذَٰلِكَ جَعَلْنَٰكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا  ۗ وَمَا جَعَلْنَا ٱلْقِبْلَةَ ٱلَّتِى كُنتَ عَلَيْهَآ إِلَّا لِنَعْلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيْهِ  ۚ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُ  ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمْ  ۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ

вəкəз̃əəликə джə'əльнəəкум уммəтəу-вəсəтōл-литəкуунуу шуhəдəə`ə 'əлəəн-нəəси вəйəкуунəр-рōсуулю 'əлэйкум шəhиидə, вəмəə джə'əльнəəль-ќиблəтəль-лəтии куŋŋтə 'əлэйhəə ильлəə линə'лəмə мəй-йəттəби'ур-рōсуулə миммəй-йəŋŋќōлибу 'əлəə 'əќибəйh, вə`иŋŋ-кəəнəт лəкəбиирōтəн ильлəə 'əлəəль-лəз̃иинə həдəл-лаh, вəмəə кəəнəл-лаhу лийудыы'ə иимəəнəкум, иннəл-лаhə бин-нəəси лəрō`ууфур-рōhиим

(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən, Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.

2:144

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ  ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَىٰهَا  ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ  ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُۥ  ۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَٰبَ لَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ  ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ

ќōд нəрōō тəќōллюбə вəджhикə фиис-сəмəə, фəлəнувəллийəннəкə ќиблəтəн тəрдōōhəə, фəвəлли вəджhəкə шəтрōль-мəсджидиль-həрōōм, вəhəйc̃у мəə куŋŋтум фəвəллюю вуджууhəкум шəтрōh, вə`иннəль-лəз̃иинə уутууль-китəəбə лəйə'лəмуунə əннəhуль-həќќу мир-рōббиhим, вəмəл-лаhу биґōōфилин 'əммəə йə'мəлююн

Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, bu, (Kəbəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.

2:145

وَلَئِنْ أَتَيْتَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَٰبَ بِكُلِّ ءَايَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ  ۚ وَمَآ أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ  ۚ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ  ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم مِّنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَّمِنَ ٱلظَّٰلِمِينَ

вəлə`ин əтəйтəль-лəз̃иинə уутууль-китəəбə бикулли əəйəтимм-мəə тəби'уу ќиблəтəк, вəмəə əŋŋтə битəəби'ин ќиблəтəhум, вəмəə бə'дуhумм-битəəби'ин ќиблəтə бə'д, вəлə`ини-ттəбə'тə əhвəə`əhум-мимм-бə'ди мəə джəə`əкə минəль-'ильми иннəкə из̃əль-лəминəз̃-з̃ōōлимиин

Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.