Müqəddəs Quran / Cüz / Cüz 4
Cüz 4
4:20

وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُواْ مِنْهُ شَيْـًٔا  ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَٰنًا وَإِثْمًا مُّبِينًا

вə`ин əрōттуму-стибдəəлə зəуджимм-мəкəəнə зəуджиу-вə`əəтəйтум иhдəəhуннə ќиŋŋтōōрōн фəлəə тə`хуз̃уу минhу шэй`ə, əтə`хуз̃уунəhу буhтəəнəу-вə`иc̃мəмм-мубиинə

Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehrlərindən əl çəksinlər).

4:21

وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَٰقًا غَلِيظًا

вəкəйфə тə`хуз̃уунəhу вəќōд əфдōō бə'дукум илəə бə'дыу-вə`əхōз̃нə миŋŋкум-мииc̃əəќōн ґōлииз̃ō

Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!

4:22

وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ  ۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةً وَمَقْتًا وَسَآءَ سَبِيلًا

вəлəə тəŋŋкиhуу мəə нəкəhə əəбəə`укум-минəн-нисəə`и ильлəə мəə ќōд сəлəф, иннəhу кəəнə фəəhишəтəу-вəмəќтəу-вəсəə`ə сəбиилə

Atalarınızın evlənmiş olduğu qadınlarla – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – evlənməyin. Həqiqətən də, bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.

4:23

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّٰتُكُمْ وَخَٰلَٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمْ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَٰبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ  ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

hурримəт 'əлэйкум уммəhəəтукум вəбəнəəтукум вə`əхōвəəтукум вə'əммəəтукум вəхōōлəəтукум вəбəнəəтуль-əхы вəбəнəəтуль-ухти вə`уммəhəəтукумуль-лəəтии əрдō'нəкум вə`əхōвəəтукум-минəр-рōдōō'əти вə`уммəhəəту нисəə`икум вəрōбəə`ибукумуль-лəəтии фии hуджуурикум-мин-нисəə`икумуль-лəəтии дəхōльтумм-биhиннə фə`иль-лəм тəкуунуу дəхōльтумм-биhиннə фəлəə джунəəhə 'əлэйкум вəhəлəə`илю əбнəə`икумуль-лəз̃иинə мин əслəəбикум вə`əŋŋ-тəджмə'уу бэйнəль-ухтəйни ильлəə мəə ќōд сəлəф, иннəл-лаhə кəəнə ґōфуурōр-рōhиимə

(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın – yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları – əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur – eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur. Həqiqətən, Allah həmişə çox bağışlayan və mehribandır.