Müqəddəs Quran / Cüz / Cüz 7
Cüz 7
6:91

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَىْءٍ  ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِ  ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا  ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓاْ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ  ۖ قُلِ ٱللَّهُ  ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

вəмəə ќōдəруул-лаhə həќќō ќōдриhи из̃ ќōōлюю мəə əŋŋзəлəл-лаhу 'əлəə бəшəримм-миŋŋ-шэй, ќуль мəн əŋŋзəлəль-китəəбəль-лəз̃ии джəə`ə биhи муусəə нуурōу-вəhудəл-лин-нəəс, тəдж'əлююнəhу ќōрōōтыысə тубдуунəhəə вəтухфуунə кəc̃иирō, вə'уллимтум-мəə лəм тə'лəмуу əŋŋтум вəлəə əəбəə`укум, ќулиль-лəh, c̃уммə з̃əрhум фии хōудыhим йəль'əбуун

«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi». De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.

6:92

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا  ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ  ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

вəhəəз̃əə китəəбун əŋŋзəльнəəhу мубəəрōкумм-мусōддиќуль-лəз̃ии бэйнə йəдəйhи вəлитуŋŋз̃ирō уммəль-ќурōō вəмəн həулəhəə, вəəльлəз̃иинə йу`минуунə би-ль-əəхырōти йу`минуунə биh, вəhум 'əлəə сōлəəтиhим йуhəəфиз̃уун

Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).

6:93

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ  ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيْدِيهِمْ أَخْرِجُوٓاْ أَنفُسَكُمُ  ۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ

вəмəн əз̃лəму миммəни-фтəрōō 'əлəл-лаhи кəз̃ибəн əу ќōōлə ууhийə илəййə вəлəм йууhə илəйhи шэй`уу-вəмəŋŋ-ќōōлə сə`уŋŋзилю миc̃лə мəə əŋŋзəлəл-лаh, вəлəу тəрōō из̃из̃-з̃ōōлимуунə фии ґōмəрōōтиль-мəути вəəльмəлəə`икəту бəəситуу əйдииhим əхриджуу əŋŋфусəкум, əльйəумə туджзəунə 'əз̃əəбəль-hууни бимəə куŋŋтум тəќуулююнə 'əлəл-лаhи ґōйрōль-həќќи вəкуŋŋтум 'əн əəйəəтиhи тəстəкбируун

Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.

6:94

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ  ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَٰٓؤُاْ  ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

вəлəќōд джи`тумуунəə фурōōдəə кəмəə хōлəќнəəкум əувəлə мəррōтиу-вəтəрōктум-мəə хōувəльнəəкум вəрōō`ə з̃уhуурикум, вəмəə нəрōō мə'əкум шуфə'əə`əкумуль-лəз̃иинə зə'əмтум əннəhум фиикум шурōкəə, лəќōт-тəќōттō'ə бэйнəкум вəдōльлə 'əŋŋкум-мəə куŋŋтум тəз'умуун

(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən, Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».