Müqəddəs Quran / Cüz / Cüz 9
Cüz 9
7:179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ  ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ  ۚ أُوْلَٰٓئِكَ كَٱلْأَنْعَٰمِ بَلْ هُمْ أَضَلُّ  ۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

вəлəќōд з̃əрō`нəə лиджəhəннəмə кəc̃иирōмм-минəль-джинни вəəль`иŋŋс, лəhум ќулююбуль-лəə йəфќōhуунə биhəə вəлəhум ə'йунуль-лəə йубсыруунə биhəə вəлəhум əəз̃əəнуль-лəə йəсмə'уунə биhəə, уулəə`икə кəəль`əн'əəми бəль hум əдōлль, уулəə`икə hумуль-ґōōфилююн

Doğrudan da, Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.

7:180

وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا  ۖ وَذَرُواْ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ أَسْمَٰٓئِهِۦ  ۚ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ

вəлильлəhиль-əсмəə`уль-hуснəə фəəд'ууhу биhəə, вəз̃əрууль-лəз̃иинə йульhидуунə фии əсмəə`иh, сəйуджзəунə мəə кəəнуу йə'мəлююн

(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır.)

7:181

وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

вəмиммəн хōлəќнəə уммəтуй-йəhдуунə би-ль-həќќи вəбиhи йə'дилююн

Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)

7:182

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

вəəльлəз̃иинə кəз̃з̃əбуу би`əəйəəтинəə сəнəстəдриджуhум-мин həйc̃у лəə йə'лəмуун

Bizim ayələrimizi təkzib edənləri tezliklə, tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.

7:183

وَأُمْلِى لَهُمْ  ۚ إِنَّ كَيْدِى مَتِينٌ

вə`умлии лəhум, иннə кəйдии мəтиин

Onlara möhlət verirəm. Həqiqətən, Mənim məkr və tədbirlərim möhkəmdir.

7:184

أَوَلَمْ يَتَفَكَّرُواْ  ۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍ  ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُّبِينٌ

əвəлəм йəтəфəккəруу, мəə бисōōhибиhим-миŋŋ-джиннəh, ин hувə ильлəə нəз̃иирумм-мубиин

Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə (s)) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.

7:185

أَوَلَمْ يَنظُرُواْ فِى مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ وَأَنْ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقْتَرَبَ أَجَلُهُمْ  ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

əвəлəм йəŋŋз̃уруу фии мəлəкуутис-сəмəəвəəти вəəль`əрды вəмəə хōлəќōл-лаhу миŋŋ-шэй`иу-вə`əн 'əсəə əй-йəкуунə ќōди-ќтəрōбə əджəлюhум, фəби`əййи həдииc̃имм-бə'дəhу йу`минуун

Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qurandan) sonra hansı sözə iman gətirəcəklər?

7:186

مَن يُضْلِلِ ٱللَّهُ فَلَا هَادِىَ لَهُۥ  ۚ وَيَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

мəй-йудлилиль-лəhу фəлəə həəдийə лəh, вəйəз̃əруhум фии туґйəəниhим йə'мəhуун

Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.

7:187

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا  ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ رَبِّى  ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَآ إِلَّا هُوَ  ۚ ثَقُلَتْ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً  ۗ يَسْـَٔلُونَكَ كَأَنَّكَ حَفِىٌّ عَنْهَا  ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

йəс`əлююнəкə 'əнис-сəə'əти əййəəнə мурсəəhəə, ќуль иннəмəə 'ильмуhəə 'иŋŋдə рōббий, лəə йуджəллииhəə ливəќтиhəə ильлəə hуу, c̃əќулəт фиис-сəмəəвəəти вəəль`əрд, лəə тə`тиикум ильлəə бəґтəh, йəс`əлююнəкə кə`əннəкə həфиййун 'əнhəə, ќуль иннəмəə 'ильмуhəə 'иŋŋдəл-лаhи вəлəəкиннə əкc̃əрōн-нəəси лəə йə'лəмуун

Səndən Qiyamət barəsində – onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən, onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».