بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
бисмиль-лəhир-рōhмəəнир-рōhиим
Bağışlayan və mehriban Allahın adı ilə.
الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ
Алиф, лəм, ра. тилькə əəйəəтуль-китəəбиль-həкиим
Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu həriflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu həriflər Allahla Onun peyğəmbəri Muhəmməd (s) arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Quranın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şəri hökmlərə və əqli bilgilərə malikdir.)
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ مُّبِينٌ
əкəəнə лин-нəəси 'əджəбəн əн əуhəйнəə илəə рōджулимм-минhум əн əŋŋз̃ирин-нəəсə вəбəшшириль-лəз̃иинə əəмəнуу əннə лəhум ќōдəмə сыдќин 'иŋŋдə рōббиhим, ќōōлəль-кəəфируунə иннə həəз̃əə лəсəəhирумм-мубиин
Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da, bu (kişi) aşkar bir sehrbazdır».
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ
иннə рōббəкумул-лаhуль-лəз̃ии хōлəќōс-сəмəəвəəти вəəль`əрдō фии ситтəти əййəəмин c̃уммə-стəвəə 'əлəəль-'əрш, йудəббируль-əмр, мəə миŋŋ-шəфии'ин ильлəə мимм-бə'ди из̃ниh, з̃əəликумул-лаhу рōббукум фəə'будууh, əфəлəə тəз̃əккəруун
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətedici (vasitə) yoxdur. Budur Rəbbiniz olan Alah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُاْ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُواْ يَكْفُرُونَ
илəйhи мəрджи'укум джəмии'ə, вə'дəл-лаhи həќќō, иннəhу йəбдə`уль-хōльќō c̃уммə йу'иидуhу лийəджзийəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти би-ль-ќист, вəəльлəз̃иинə кəфəруу лəhум шəрōōбумм-мин həмиимиу-вə'əз̃əəбун əлиимумм-бимəə кəəнуу йəкфуруун
Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən, yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍ يَعْلَمُونَ
hувəль-лəз̃ии джə'əлəш-шəмсə дыйəə`əу-вəəльќōмəрō нуурōу-вəќōддəрōhу мəнəəзилə литə'лəмуу 'əдəдəс-синиинə вəəльhисəəб, мəə хōлəќōл-лаhу з̃əəликə ильлəə би-ль-həќќ, йуфəссылюль-əəйəəти лиќōумий-йə'лəмуун
Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.
إِنَّ فِى ٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍ لِّقَوْمٍ يَتَّقُونَ
иннə фии-хтилəəфиль-лэйли вəн-нəhəəри вəмəə хōлəќōл-лаhу фиис-сəмəəвəəти вəəль`əрды лə`əəйəəтил-лиќōумий-йəттəќуун
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə, ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَٰتِنَا غَٰفِلُونَ
иннəль-лəз̃иинə лəə йəрджуунə лиќōō`əнəə вəрōдуу би-ль-həйəəтид-дунйəə вəəтмə`əннуу биhəə вəəльлəз̃иинə hум 'əн əəйəəтинəə ґōōфилююн
Həqiqətən, Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər
أُوْلَٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ
уулəə`икə мə`вəəhумун-нəəру бимəə кəəнуу йəксибуун
Onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
иннəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти йəhдииhим рōббуhумм-би`иимəəниhим, тəджрии миŋŋ-тəhтиhимуль-əнhəəру фии джəннəəтин-нə'иим
Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər, (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.
دَعْوَىٰهُمْ فِيهَا سُبْحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
дə'вəəhум фииhəə субhəəнəкəл-лаhуммə вəтəhиййəтуhум фииhəə сəлəəм, вə`əəхыру дə'вəəhум əниль-həмду лильлəhи рōббиль-'əəлəмиин
Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir).