وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةً مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ
вə`из̃əə əз̃əќнəəн-нəəсə рōhмəтəмм-мимм-бə'ди дōррōō`ə мəссəтhум из̃əə лəhум-мəкрун фии əəйəəтинəə, ќулиль-лəhу əсрō'у мəкрō, иннə русулəнəə йəктубуунə мəə тəмкуруун
İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişəndir». Həqiqətən, Bizim elçilərimiz etdiyiniz məkrləri yazırlar.
هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُواْ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّوٓاْ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُاْ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ
hувəль-лəз̃ии йусəййирукум фииль-бəрри вəəльбəhр, həттəə из̃əə куŋŋтум фииль-фульки вəджəрōйнə биhимм-бирииhин тōййибəтиу-вəфəриhуу биhəə джəə`əтhəə рииhун 'əəсыфуу-вəджəə`əhумуль-мəуджу миŋŋ-кулли мəкəəниу-вəз̃ōннуу əннəhум уhиитō биhим дə'əвул-лаhə мухлисыынə лəhуд-диинə лə`ин əŋŋджəйтəнəə мин həəз̃иhи лəнəкуунəннə минəш-шəəкириин
Sizi quruda və dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan və gəmilər öz sərnişinlərini xoş və mülayim bir küləyin vasitəsilə hərəkət etdirən və onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükr edənlərdən olacağıq».
فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
фəлəммəə əŋŋджəəhум из̃əə hум йəбґуунə фииль-əрды биґōйриль-həќќ, йəə əййуhəəн-нəəсу иннəмəə бəґйукум 'əлəə əŋŋфусикум, мəтəə'əль-həйəəтид-дунйəə, c̃уммə илəйнəə мəрджи'укум фəнунəбби`укумм-бимəə куŋŋтум тə'мəлююн
Elə ki, (Allah) onlara (həmin təhlükədən) nicat verdi, birdən yer üzündə haqsız yerə zülm edərlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəkdir.
إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَٰهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
иннəмəə мəc̃əлюль-həйəəтид-дунйəə кəмəə`ин əŋŋзəльнəəhу минəс-сəмəə`и фəəхтəлəтō биhи нəбəəтуль-əрды миммəə йə`кулюн-нəəсу вəəль`əн'əəму həттəə из̃əə əхōз̃əтиль-əрду зухруфəhəə вəəззəййəнəт вəз̃ōннə əhлюhəə əннəhум ќōōдируунə 'əлэйhəə əтəəhəə əмрунəə лэйлəн əу нəhəəрōн фəджə'əльнəəhəə həсыыдəн кə`əль-лəм тəґнə би-ль-əмс, кəз̃əəликə нуфəссылюль-əəйəəти лиќōумий-йəтəфəккəруун
Həqiqətən, dünya həyatı (qar və yağış şəklində) göydən nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik.
وَٱللَّهُ يَدْعُوٓاْ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
вəл-лаhу йəд'уу илəə дəəрис-сəлəəми вəйəhдии мəй-йəшəə`у илəə сырōōтымм-мустəќиим
Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.
۞ لِّلَّذِينَ أَحْسَنُواْ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌ ۚ أُوْلَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
лильлəз̃иинə əhсəнууль-hуснəə вəзийəəдəh, вəлəə йəрhəќу вуджууhəhум ќōтəруу-вəлəə з̃ильлəh, уулəə`икə əсhəəбуль-джəннəh, hум фииhəə хōōлидуун
Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar.
وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُوْلَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
вəəльлəз̃иинə кəсəбуус-сəййи`əəти джəзəə`у сəййи`əтимм-бимиc̃лиhəə вəтəрhəќуhум з̃ильлəh, мəə лəhум-минəл-лаhи мин 'əəсым, кə`əннəмəə уґшийəт вуджууhуhум ќитō'əмм-минəль-лэйли муз̃лимə, уулəə`икə əсhəəбун-нəəр, hум фииhəə хōōлидуун
Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zilət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ
вəйəумə нəhшуруhум джəмии'əн c̃уммə нəќуулю лильлəз̃иинə əшрōкуу мəкəəнəкум əŋŋтум вəшурōкəə`укум, фəзəййəльнəə бэйнəhум, вəќōōлə шурōкəə`уhум-мəə куŋŋтум иййəəнəə тə'будуун
Və (yada salın) o gün(ü) ki, onların hamısını (Qiyamət meydanında) bir yerə toplayacaq, sonra (Allaha) şərik qoşanlara «siz və şərikləriniz (büt ya qeyri-büt olmasından asılı olmayaraq, hər biriniz sorğu-sual və mühakimə olunmaq üçün) öz yerinizdə durun» deyəcəyik. Beləliklə (həmin gün həqiqətləri aşkar etməklə) onların bir-birləri ilə əlaqələrini kəsərik və (buna görə də) onların şərikləri deyərlər: «Siz (dünyada) bizə ibadət etmirdiniz (əslində siz öz nəfsi istəklərinizə ibadət edirdiniz)».
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَٰفِلِينَ
фəкəфəə биль-лəhи шəhиидəмм-бэйнəнəə вəбэйнəкум иŋŋ-куннəə 'əн 'ибəəдəтикум лəґōōфилиин
«Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən, biz sizin ibadətinizdən xəbərsiz idik». (Ağıl sahiblərinin xəbərsizliyinin səbəbi onların etinasızlığı, bütlərin xəbərsizliyinin səbəbi isə idraklarının olmaması idi.)
هُنَالِكَ تَبْلُواْ كُلُّ نَفْسٍ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ
hунəəликə тəблюю куллю нəфсимм-мəə əслəфəт, вəруддуу илəл-лаhи мəулəəhумуль-həќќ, вəдōльлə 'əнhум-мəə кəəнуу йəфтəруун
Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır (Cənnətə və ya Cəhənnəmə yollanacaqdır). Və yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.