Müqəddəs Quran / Surələr / 112. İxlas
İxlas (İxlas)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

112:1

قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ

ќуль hувəл-лаhу əhəд

(Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.

112:2

ٱللَّهُ ٱلصَّمَدُ

аллаhус-сōмəд

Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.

112:3

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

лəм йəлид вəлəм йуулəд

Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).

112:4

وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ

вəлəм йəкуль-лəhу куфувəн əhəд

Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».