قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُنفِقُواْ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّا وَعَلَانِيَةً مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خِلَٰلٌ
ќул-ли'ибəəдийəль-лəз̃иинə əəмəнуу йуќиимуус-сōлəəтə вəйуŋŋфиќуу миммəə рōзəќнəəhум сиррōу-вə'əлəəнийəтəмм-миŋŋ-ќōбли əй-йə`тийə йəумуль-лəə бэй'ун фииhи вəлəə хылəəль
İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ
аллаhуль-лəз̃ии хōлəќōс-сəмəəвəəти вəəль`əрдō вə`əŋŋзəлə минəс-сəмəə`и мəə`əн фə`əхрōджə биhи минəc̃-c̃əмəрōōти ризќōль-лəкум, вəсəххōрō лəкумуль-фулькə литəджрийə фииль-бəhри би`əмриh, вəсəххōрō лəкумуль-əнhəəр
Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ
вəсəххōрō лəкумуш-шəмсə вəəльќōмəрō дəə`ибəйн, вəсəххōрō лəкумуль-лэйлə вəн-нəhəəр
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّواْ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَظَلُومٌ كَفَّارٌ
вə`əəтəəкум-миŋŋ-кулли мəə сə`əльтумууh, вə`иŋŋ-тə'уддуу ни'мəтəл-лаhи лəə туhсууhəə, иннəль-иŋŋсəəнə лəз̃ōлююмун кəффəəр
Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən, insan çox zalım və nankordur.
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَٰذَا ٱلْبَلَدَ ءَامِنًا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ
вə`из̃ ќōōлə ибрōōhииму рōбби-дж'əль həəз̃əəль-бəлəдə əəминəу-вəəджнубнии вəбəниййə əн-нə'будəль-əснəəм
Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ
рōбби иннəhуннə əдлəльнə кəc̃иирōмм-минəн-нəəс, фəмəŋŋ-тəби'əнии фə`иннəhу минний, вəмəн 'əсōōнии фə`иннəкə ґōфуурур-рōhиим
«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən, Sən çox bağışlayan və mehribansan».
رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةً مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
рōббəнəə иннии əскəŋŋту миŋŋ-з̃урриййəтии бивəəдин ґōйри з̃ии зəр'ин 'иŋŋдə бэйтикəль-муhəррōми рōббəнəə лийуќиимуус-сōлəəтə фəəдж'əль əф`идəтəмм-минəн-нəəси тəhвии илəйhим вəəрзуќhум-минəc̃-c̃əмəрōōти лə'əльлəhум йəшкуруун
«Ey Rəbbimiz, həqiqətən, mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».
رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ
рōббəнəə иннəкə тə'лəму мəə нухфии вəмəə ну'лин, вəмəə йəхфəə 'əлəл-лаhи миŋŋ-шэй`ин фииль-əрды вəлəə фиис-сəмəə
«Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَٰعِيلَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ
əльhəмду лильлəhиль-лəз̃ии вəhəбə лии 'əлəəль-кибəри исмəə'иилə вə`исhəəќ, иннə рōббии лəсəмии'уд-ду'əə
«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən, mənim Rəbbim duanı eşidən və qəbul edəndir».