Şura (Şura)
42:31

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ  ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

вəмəə əŋŋтумм-биму'джизиинə фииль-əрд, вəмəə лəкум-миŋŋ-дууниль-лəhи миу-вəлиййиу-вəлəə нəсыыр

Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.

42:32

وَمِنْ ءَايَٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ

вəмин əəйəəтиhиль-джəвəəри фииль-бəhри кəəль`ə'лəəм

Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.

42:33

إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ  ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

ий-йəшə йускинир-рииhə фəйəз̃лəльнə рōвəəкидə 'əлəə з̃ōhриh, иннə фии з̃əəликə лə`əəйəəтил-ликулли сōббəəрин шəкуур

Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə, gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.

42:34

أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُواْ وَيَعْفُ عَن كَثِيرٍ

əу йуубиќhуннə бимəə кəсəбуу вəйə'фу 'əŋŋ-кəc̃иир

Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.

42:35

وَيَعْلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ

вəйə'лəмəль-лəз̃иинə йуджəəдилююнə фии əəйəəтинəə мəə лəhум-мимм-мəhиис

(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.

42:36

فَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا  ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

фəмəə уутиитум-миŋŋ-шэй`ин фəмəтəə'уль-həйəəтид-дунйəə, вəмəə 'иŋŋдəл-лаhи хōйруу-вə`əбќōō лильлəз̃иинə əəмəнуу вə'əлəə рōббиhим йəтəвəккəлююн

Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.

42:37

وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمْ يَغْفِرُونَ

вəəльлəз̃иинə йəджтəнибуунə кəбəə`ирōль-иc̃ми вəəльфəвəəhишə вə`из̃əə мəə ґōдыбуу hум йəґфируун

(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).

42:38

وَٱلَّذِينَ ٱسْتَجَابُواْ لِرَبِّهِمْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

вəəльлəз̃иинə-стəджəəбуу лирōббиhим вə`əќōōмуус-сōлəəтə вə`əмруhум шуурōō бэйнəhум вəмиммəə рōзəќнəəhум йуŋŋфиќуун

Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.

42:39

وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ

вəəльлəз̃иинə из̃əə əсōōбəhумуль-бəґйу hум йəŋŋтəсыруун

Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).

42:40

وَجَزَٰٓؤُاْ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا  ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ  ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

вəджəзəə`у сəййи`əтин сəййи`əтумм-миc̃люhəə, фəмəн 'əфəə вə`əслəhə фə`əджруhу 'əлəл-лаh, иннəhу лəə йуhиббуз̃-з̃ōōлимиин

Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən, O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.