هَٰذَا هُدًى ۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ
həəз̃əə hудəн, вəəльлəз̃иинə кəфəруу би`əəйəəти рōббиhим лəhум 'əз̃əəбумм-мир-риджзин əлиим
Bu (Quran) başdan-ayağa hidayətdir. Rəbblərinin ayələrinə küfr edən kəslər üçün çətin və ağrılı bir əzab vardır.
۞ ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
аллаhуль-лəз̃ии сəххōрō лəкумуль-бəhрō литəджрийəль-фульку фииhи би`əмриhи вəлитəбтəґуу миŋŋ-фəдлиhи вəлə'əльлəкум тəшкуруун
Allah gəmilərin Onun əmri ilə dənizdə üzmələri və həmçinin sizin Onun lütfünü və (qurudakı və sudakı) nemətlərini diləməyiniz üçün və (nəhayət) bəlkə şükr etdiniz deyə (suya xüsusi təbiət və genişlik bəxş etməklə) dənizi sizin xeyirinizə ram edəndir.
وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًا مِّنْهُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
вəсəххōрō лəкум-мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрды джəмии'əмм-минh, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йəтəфəккəруун
Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən, bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.
قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغْفِرُواْ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُواْ يَكْسِبُونَ
ќул-лильлəз̃иинə əəмəнуу йəґфируу лильлəз̃иинə лəə йəрджуунə əййəəмəл-лаhи лийəджзийə ќōумəмм-бимəə кəəнуу йəксибуун
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
مَنْ عَمِلَ صَٰلِحًا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
мəн 'əмилə сōōлиhəн фəлинəфсиh, вəмəн əсəə`ə фə'əлэйhəə, c̃уммə илəə рōббикум турджə'уун
Kim yaxşı iş görsə öz xeyirinədir və kim pis iş görsə öz ziyanınadır. Sonra siz Rəbbinizə tərəf qaytarılacaqsınız (ki, əməllərinizin nəticələrini görəsiniz).
وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَى ٱلْعَٰلَمِينَ
вəлəќōд əəтəйнəə бəнии исрōō`иилəль-китəəбə вəəльhукмə вəн-нубуувəтə вəрōзəќнəəhум-минəт-тōййибəəти вəфəддōльнəəhум 'əлəəль-'əəлəмиин
Həqiqətən, Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
وَءَاتَيْنَٰهُم بَيِّنَٰتٍ مِّنَ ٱلْأَمْرِ ۖ فَمَا ٱخْتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ
вə`əəтəйнəəhумм-бэййинəəтимм-минəль-əмр, фəмəə-хтəлəфуу ильлəə мимм-бə'ди мəə джəə`əhумуль-'ильму бəґйəмм-бэйнəhум, иннə рōббəкə йəќдыы бэйнəhум йəумəль-ќийəəмəти фиимəə кəəнуу фииhи йəхтəлифуун
Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə, onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən, sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.
ثُمَّ جَعَلْنَٰكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ
c̃уммə джə'əльнəəкə 'əлəə шəрии'əтимм-минəль-əмри фəəттəби'həə вəлəə тəттəби' əhвəə`əль-лəз̃иинə лəə йə'лəмуун
Sonra səni işin (ümumi din işinin, məxsus) bir şəriəti (yəni keçmiş dörd şəriət müqabilində İslam şəriəti) yolunda qoyduq. Buna görə də ona tabe ol və heç vaxt, elmi olmayanların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma.
إِنَّهُمْ لَن يُغْنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ
иннəhум лэй-йуґнуу 'əŋŋкə минəл-лаhи шэй`ə, вə`иннəз̃-з̃ōōлимиинə бə'дуhум əулийəə`у бə'д, вəл-лаhу вəлиййуль-муттəќиин
Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən, zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır.
هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ
həəз̃əə бəсōō`иру лин-нəəси вəhудəу-вəрōhмəтул-лиќōумий-йууќинуун
Bu (Quran və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)