Müqəddəs Quran / Cüz / Cüz 11
Cüz 11
9:100

وَٱلسَّٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَٰنٍ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّٰتٍ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًا  ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

вəс-сəəбиќуунəль-əувəлююнə минəль-муhəəджириинə вəəль`əŋŋсōōри вəəльлəз̃иинə-ттəбə'ууhумм-би`иhсəəнир-рōдыйəл-лаhу 'əнhум вəрōдуу 'əнhу вə`ə'əддə лəhум джəннəəтин тəджрии тəhтəhəəль-əнhəəру хōōлидиинə фииhəə əбəдə, з̃əəликəль-фəузуль-'əз̃ыым

Allah mühacirlərin və ənsarın (Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi olaraq qalacaqlar. Budur böyük uğur və qurtuluş!

9:101

وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ  ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ  ۖ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ  ۖ نَحْنُ نَعْلَمُهُمْ  ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ

вəмиммəн həулəкум-минəль-ə'рōōби мунəəфиќуун, вəмин əhлиль-мəдиинəh, мəрōдуу 'əлəəн-нифəəќи лəə тə'лəмуhум, нəhну нə'лəмуhум, сəну'əз̃з̃ибуhум-мəррōтəйни c̃уммə йурōддуунə илəə 'əз̃əəбин 'əз̃ыым

Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.

9:102

وَءَاخَرُونَ ٱعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلًا صَٰلِحًا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ  ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

вə`əəхōруунə-'тəрōфуу биз̃унуубиhим хōлəтуу 'əмəлəн сōōлиhəу-вə`əəхōрō сəййи`əн 'əсəл-лаhу əй-йəтуубə 'əлэйhим, иннəл-лаhə ґōфуурур-рōhиим

(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

9:103

خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ  ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌ لَّهُمْ  ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

хуз̃ мин əмвəəлиhим сōдəќōтəн тутōhhируhум вəтузəккииhимм-биhəə вəсōлли 'əлэйhим, иннə сōлəəтəкə сəкəнуль-лəhум, вəл-лаhу сəмии'ун 'əлиим

(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.

9:104

أَلَمْ يَعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

əлəм йə'лəмуу əннəл-лаhə hувə йəќбəлют-тəубəтə 'əн 'ибəəдиhи вəйə`хуз̃ус-сōдəќōōти вə`əннəл-лаhə hувəт-тəувəəбур-рōhиим

Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!

9:105

وَقُلِ ٱعْمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ  ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

вəќули-'мəлюю фəсəйəрōōл-лаhу 'əмəлəкум вəрōсуулюhу вəəльму`минуун, вəсəтурōддуунə илəə 'əəлимиль-ґōйби вəш-шəhəəдəти фəйунəбби`укумм-бимəə куŋŋтум тə'мəлююн

Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».

9:106

وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ  ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

вə`əəхōруунə мурджəунə ли`əмриль-лəhи иммəə йу'əз̃з̃ибуhум вə`иммəə йəтуубу 'əлэйhим, вəл-лаhу 'əлиимун həкиим

Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır – onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.