وَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ
вəəльлəз̃иинə-ттəхōз̃уу мəсджидəн дырōōрōу-вəкуфрōу-вəтəфрииќōмм-бэйнəль-му`миниинə вə`ирсōōдəл-лимəн həəрōбəл-лаhə вəрōсуулəhу миŋŋ-ќōбль, вəлəйəhлифуннə ин əрōднəə ильлəəль-hуснəə, вəл-лаhу йəшhəду иннəhум лəкəəз̃ибуун
Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.
لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ
лəə тəќум фииhи əбəдə, лəмəсджидун уссисə 'əлəəт-тəќвəə мин əувəли йəумин əhəќќу əŋŋ-тəќуумə фииh, фииhи риджəəлюй-йуhиббуунə əй-йəтəтōhhəруу, вəл-лаhу йуhиббуль-муттōhhириин
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
أَفَمَنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
əфəмəн əссəсə бунйəəнəhу 'əлəə тəќвəə минəл-лаhи вəридвəəнин хōйрун əм-мəн əссəсə бунйəəнəhу 'əлəə шəфəə джуруфин həəрин фəəнhəəрō биhи фии нəəри джəhəннəм, вəл-лаhу лəə йəhдииль-ќōумəз̃-з̃ōōлимиин
Buna görə də, öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
لَا يَزَالُ بُنْيَٰنُهُمُ ٱلَّذِى بَنَوْاْ رِيبَةً فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
лəə йəзəəлю бунйəəнуhумуль-лəз̃ии бəнəу риибəтəн фии ќулююбиhим ильлəə əŋŋ-тəќōттō'ə ќулююбуhум, вəл-лаhу 'əлиимун həкиим
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.
۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُواْ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
иннəл-лаhə-штəрōō минəль-му`миниинə əŋŋфусəhум вə`əмвəəлəhумм-би`əннə лəhумуль-джəннəh, йуќōōтилююнə фии сəбиилиль-лəhи фəйəќтулююнə вəйуќтəлююн, вə'дəн 'əлэйhи həќќōн фиит-тəурōōти вəəль`иŋŋджиили вəəльќур`əəн, вəмəн əуфəə би'əhдиhи минəл-лаh, фəəстəбшируу бибəй'икумуль-лəз̃ии бəəйə'тумм-биh, вəз̃əəликə hувəль-фəузуль-'əз̃ыым
Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!