Müqəddəs Quran / Cüz / Cüz 16
Cüz 16
18:84

إِنَّا مَكَّنَّا لَهُۥ فِى ٱلْأَرْضِ وَءَاتَيْنَٰهُ مِن كُلِّ شَىْءٍ سَبَبًا

иннəə мəккəннəə лəhу фииль-əрды вə`əəтəйнəəhу миŋŋ-кулли шэй`ин сəбəбə

Həqiqətən, Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq.

18:85

فَأَتْبَعَ سَبَبًا

фə`əтбə'ə сəбəбə

O da bir yol və səbəbin arxasınca (yer üzünün qərb istiqamətinə) getdi.

18:86

حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا  ۗ قُلْنَا يَٰذَا ٱلْقَرْنَيْنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا

həттəə из̃əə бəлəґō мəґрибəш-шəмси вəджəдəhəə тəґрубу фии 'əйнин həми`əтиу-вəвəджəдə 'иŋŋдəhəə ќōумə, ќульнəə йəə з̃əəль-ќōрнəйни иммəə əŋŋ-ту'əз̃з̃ибə вə`иммəə əŋŋ-тəттəхыз̃ə фииhим hуснə

Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan».

18:87

قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابًا نُّكْرًا

ќōōлə əммəə мəŋŋ-з̃ōлəмə фəсəуфə ну'əз̃з̃ибуhу c̃уммə йурōдду илəə рōббиhи фəйу'əз̃з̃ибуhу 'əз̃əəбəн-ннукрō

Dedi: «(Özünə) zülm edən (və küfr və şirkdə qalan) şəxsə gəlincə, ona tezliklə (öldürməklə) əzab verəcəyik. O, sonra öz Rəbbinə tərəf qaytarılacaqdır. Beləliklə (Rəbbi də) ona misli görünməmiş bir əzab verəcəkdir».

18:88

وَأَمَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَلَهُۥ جَزَآءً ٱلْحُسْنَىٰ  ۖ وَسَنَقُولُ لَهُۥ مِنْ أَمْرِنَا يُسْرًا

вə`əммəə мəн əəмəнə вə'əмилə сōōлиhəн фəлəhу джəзəə`əнль-hуснəə, вəсəнəќуулю лəhу мин əмринəə йусрō

«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq)».

18:89

ثُمَّ أَتْبَعَ سَبَبًا

c̃уммə əтбə'ə сəбəбə

Sonra (yer üzünün şərq istiqamətinə) bir yol və səbəbin arxasınca getdi.

18:90

حَتَّىٰٓ إِذَا بَلَغَ مَطْلِعَ ٱلشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا

həттəə из̃əə бəлəґō мəтли'əш-шəмси вəджəдəhəə тəтлю'у 'əлəə ќōумиль-лəм нəдж'əль-лəhум-миŋŋ-дууниhəə ситрō

Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.

18:91

كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا

кəз̃əəликə вəќōд əhəтнəə бимəə лəдəйhи хубрō

(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.

18:92

ثُمَّ أَتْبَعَ سَبَبًا

c̃уммə əтбə'ə сəбəбə

Sonra o, (yer üzünün şimal istiqamətinə səfər etmək məqsədi ilə) bir səbəbin arxasınca getdi.

18:93

حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا

həттəə из̃əə бəлəґō бэйнəс-сəддəйни вəджəдə миŋŋ-дууниhимəə ќōумəль-лəə йəкəəдуунə йəфќōhуунə ќōулə

Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.

18:94

قَالُواْ يَٰذَا ٱلْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِى ٱلْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰٓ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا

ќōōлюю йəə з̃əəль-ќōрнəйни иннə йə`джууджə вəмə`джууджə муфсидуунə фииль-əрды фəhəль нəдж'əлю лəкə хōрджəн 'əлəə əŋŋ-тəдж'əлə бэйнəнəə вəбэйнəhум сəддə

Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən, (Nuhun oğlu Yafəsin nəslindən olan) Yəcuc və Məcuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»

18:95

قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا

ќōōлə мəə мəккəннии фииhи рōббии хōйрун фə`ə'иинуунии биќуувəтин əдж'əль бэйнəкум вəбэйнəhум рōдмə

(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.

18:96

ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِ  ۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُواْ  ۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًا

əəтуунии зубəрōль-həдиид, həттəə из̃əə сəəвəə бэйнəс-сōдəфəйни ќōōлə-ŋŋфухуу, həттəə из̃əə джə'əлəhу нəəрōн ќōōлə əəтуунии уфриґ 'əлэйhи ќитрō

Mənə böyük dəmir parçaları gətirin». Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin».

18:97

فَمَا ٱسْطَٰعُوٓاْ أَن يَظْهَرُوهُ وَمَا ٱسْتَطَٰعُواْ لَهُۥ نَقْبًا

фəмəə-стōō'уу əй-йəз̃həрууhу вəмəə-стəтōō'уу лəhу нəќбə

Beləliklə, (Yəcuc və Məcuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.