Müqəddəs Quran / Cüz / Cüz 16
Cüz 16
18:98

قَالَ هَٰذَا رَحْمَةٌ مِّن رَّبِّى  ۖ فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ  ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا

ќōōлə həəз̃əə рōhмəтумм-мир-рōббий, фə`из̃əə джəə`ə вə'ду рōббии джə'əлəhу дəккəə, вəкəəнə вə'ду рōббии həќќō

(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir».

18:99

 ۞ وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِى بَعْضٍ  ۖ وَنُفِخَ فِى ٱلصُّورِ فَجَمَعْنَٰهُمْ جَمْعًا

вəтəрōкнəə бə'дōhум йəумə`из̃ий-йəмууджу фии бə'д, вəнуфихō фиис-суури фəджəмə'нəəhум джəм'ə

Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yəcuc ilə Məcucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).

18:100

وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَٰفِرِينَ عَرْضًا

вə'əрōднəə джəhəннəмə йəумə`из̃ил-ли-ль-кəəфириинə 'əрдō

Və o gün kafirlərə Cəhənnəmi aşkar və qorxulu bir şəkildə göstərərik.

18:101

ٱلَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِى غِطَآءٍ عَن ذِكْرِى وَكَانُواْ لَا يَسْتَطِيعُونَ سَمْعًا

əльлəз̃иинə кəəнəт ə'йунуhум фии ґитōō`ин 'əŋŋ-з̃икрии вəкəəнуу лəə йəстəтыы'уунə сəм'ə

O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər.

18:102

أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِى مِن دُونِىٓ أَوْلِيَآءَ  ۚ إِنَّآ أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ نُزُلًا

əфəhəсибəль-лəз̃иинə кəфəруу əй-йəттəхыз̃уу 'ибəəдии миŋŋ-дуунии əулийəə, иннəə ə'тəднəə джəhəннəмə ли-ль-кəəфириинə нузулə

Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz, Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.

18:103

قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَٰلًا

ќуль həль нунəбби`укумм-би-ль-əхсəриинə ə'мəəлə

(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»

18:104

ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

əльлəз̃иинə дōльлə сə'йуhум фииль-həйəəтид-дунйəə вəhум йəhсəбуунə əннəhум йуhсинуунə сун'ə

Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.

18:105

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمْ وَلِقَآئِهِۦ فَحَبِطَتْ أَعْمَٰلُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَزْنًا

уулəə`икəль-лəз̃иинə кəфəруу би`əəйəəти рōббиhим вəлиќōō`иhи фəhəбитōт ə'мəəлюhум фəлəə нуќииму лəhум йəумəль-ќийəəмəти вəзнə

Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.

18:106

ذَٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِى وَرُسُلِى هُزُوًا

з̃əəликə джəзəə`уhум джəhəннəму бимəə кəфəруу вəəттəхōз̃уу əəйəəтии вəрусулии hузувə

Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.

18:107

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَانَتْ لَهُمْ جَنَّٰتُ ٱلْفِرْدَوْسِ نُزُلًا

иннəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти кəəнəт лəhум джəннəəтуль-фирдəуси нузулə

Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır.

18:108

خَٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا

хōōлидиинə фииhəə лəə йəбґуунə 'əнhəə hивəлə

Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər.

18:109

قُل لَّوْ كَانَ ٱلْبَحْرُ مِدَادًا لِّكَلِمَٰتِ رَبِّى لَنَفِدَ ٱلْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّى وَلَوْ جِئْنَا بِمِثْلِهِۦ مَدَدًا

ќуль-лəу кəəнəль-бəhру мидəəдəл-ликəлимəəти рōббии лəнəфидəль-бəhру ќōблə əŋŋ-тəŋŋфəдə кəлимəəту рōббии вəлəу джи`нəə бимиc̃лиhи мəдəдə

De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz, o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».

18:110

قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ  ۖ فَمَن كَانَ يَرْجُواْ لِقَآءَ رَبِّهِۦ فَلْيَعْمَلْ عَمَلًا صَٰلِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدًۢا

ќуль иннəмəə əнəə бəшəрумм-миc̃люкум йууhəə илəййə əннəмəə илəəhукум илəəhуу-вəəhид, фəмəŋŋ-кəəнə йəрджуу лиќōō`ə рōббиhи фəльйə'мəль 'əмəлəн сōōлиhəу-вəлəə йушрик би'ибəəдəти рōббиhи əhəдə

De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz, sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın».