Müqəddəs Quran / Cüz / Cüz 17
Cüz 17
21:36

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ

вə`из̃əə рō`əəкəль-лəз̃иинə кəфəруу ий-йəттəхыз̃уунəкə ильлəə hузувəн əhəəз̃əəль-лəз̃ии йəз̃куру əəлиhəтəкум вəhумм-биз̃икрир-рōhмəəни hум кəəфируун

Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).

21:37

خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍ  ۚ سَأُوْرِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ

хулиќōль-иŋŋсəəну мин 'əджəль, сə`уриикум əəйəəтии фəлəə тəстə'джилююн

(Gildən yaradılmış) insan (elə tələskəndir ki, sanki) tələskənlikdən yaradılmışdır (bu səbəbdən Allahın əzabında da tələsir). Tezliklə (əvvəlcə dünyada sonra axirətdə) Öz ayə (və əzab nişanə)lərimizi sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin.

21:38

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

вəйəќуулююнə мəтəə həəз̃əəль-вə'ду иŋŋ-куŋŋтум сōōдиќиин

Və deyirlər: «Əgər doğruçusunuzsa, bu (əzab və Qiyamət) vəd(i) nə vaxtdır?!

21:39

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ

лəу йə'лəмуль-лəз̃иинə кəфəруу hиинə лəə йəкуффуунə 'əу-вуджууhиhимун-нəəрō вəлəə 'əŋŋ-з̃уhууриhим вəлəə hум йуŋŋсōруун

Əgər küfr etmiş kəslər üzlərindən və arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri və kömək də olunmayacaqları vaxtı bilsəydilər (mütləq tələsməzdilər).

21:40

بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ

бəль тə`тииhимм-бəґтəтəн фəтəбhəтуhум фəлəə йəстəтыы'уунə рōддəhəə вəлəə hум йуŋŋз̃ōруун

Xeyr, (Bərzəx odu ölüm vasitəsi ilə) onlara qəfildən yetişəcək və onları elə mat qoyacaq ki, onu nə dəf edə biləcəklər, nə də onlara möhlət veriləcəkdir.

21:41

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ

вəлəќōди-стуhзи`ə бирусулимм-миŋŋ-ќōбликə фəhəəќō бильлəз̃иинə сəхыруу минhум-мəə кəəнуу биhи йəстəhзи`уун

Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.

21:42

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ  ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ

ќуль мəй-йəклə`укумм-биль-лэйли вəн-нəhəəри минəр-рōhмəəн, бəль hум 'əŋŋ-з̃икри рōббиhим-му'ридуун

De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.

21:43

أَمْ لَهُمْ ءَالِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا  ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ

əм лəhум əəлиhəтун тəмнə'уhум-миŋŋ-дуунинəə, лəə йəстəтыы'уунə нəсрō əŋŋфусиhим вəлəə hум-миннəə йусhəбуун

Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özləri və bir-birlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.

21:44

بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ  ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ  ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ

бəль мəттə'нəə həə`улəə`и вə`əəбəə`əhум həттəə тōōлə 'əлэйhимуль-'умур, əфəлəə йəрōунə əннəə нə`тииль-əрдō нəŋŋќусуhəə мин əтрōōфиhəə, əфəhумуль-ґōōлибуун

Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxsləri, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!