Müqəddəs Quran / Cüz / Cüz 2
Cüz 2
2:146

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمْ  ۖ وَإِنَّ فَرِيقًا مِّنْهُمْ لَيَكْتُمُونَ ٱلْحَقَّ وَهُمْ يَعْلَمُونَ

əльлəз̃иинə əəтəйнəəhумуль-китəəбə йə'рифуунəhу кəмəə йə'рифуунə əбнəə`əhум, вə`иннə фəрииќōмм-минhум лəйəктумуунəль-həќќō вəhум йə'лəмуун

(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən, onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.

2:147

ٱلْحَقُّ مِن رَّبِّكَ  ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

əльhəќќу мир-рōббик, фəлəə тəкуунəннə минəль-мумтəриин

Bu haqq (qiblənin dəyişdirilməsi hökmü və haqq olan hər hansı digər bir hökm) sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma.

2:148

وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا  ۖ فَٱسْتَبِقُواْ ٱلْخَيْرَٰتِ  ۚ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ ٱللَّهُ جَمِيعًا  ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

вəликуллиу-виджhəтун hувə мувəллииhəə, фəəстəбиќууль-хōйрōōт, əйнə мəə тəкуунуу йə`ти бикумул-лаhу джəмии'ə, иннəл-лаhə 'əлəə кулли шэй`ин ќōдиир

Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kəbəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

2:149

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ  ۖ وَإِنَّهُۥ لَلْحَقُّ مِن رَّبِّكَ  ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

вəмин həйc̃у хōрōджтə фəвəлли вəджhəкə шəтрōль-мəсджидиль-həрōōм, вə`иннəhу лə-ль-həќќу мир-рōббик, вəмəл-лаhу биґōōфилин 'əммəə тə'мəлююн

Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.

2:150

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ  ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِى وَلِأُتِمَّ نِعْمَتِى عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ

вəмин həйc̃у хōрōджтə фəвəлли вəджhəкə шəтрōль-мəсджидиль-həрōōм, вəhəйc̃у мəə куŋŋтум фəвəллюю вуджууhəкум шəтрōhу ли`əльлəə йəкуунə лин-нəəси 'əлэйкум hуджджəтун ильлəəль-лəз̃иинə з̃ōлəмуу минhум фəлəə тəхшəуhум вəəхшəунии вəли`утиммə ни'мəтии 'əлэйкум вəлə'əльлəкум тəhтəдуун

(Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kəbə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.

2:151

كَمَآ أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِّنكُمْ يَتْلُواْ عَلَيْكُمْ ءَايَٰتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ

кəмəə əрсəльнəə фиикум рōсуулəмм-миŋŋкум йəтлюю 'əлэйкум əəйəəтинəə вəйузəккиикум вəйу'əллимукумуль-китəəбə вəəльhикмəтə вəйу'əллимукум-мəə лəм тəкуунуу тə'лəмуун

(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).

2:152

فَٱذْكُرُونِىٓ أَذْكُرْكُمْ وَٱشْكُرُواْ لِى وَلَا تَكْفُرُونِ

фəəз̃куруунии əз̃куркум вəəшкуруу лии вəлəə тəкфуруун

Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.

2:153

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسْتَعِينُواْ بِٱلصَّبْرِ وَٱلصَّلَوٰةِ  ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу-стə'иинуу бис-сōбри вəс-сōлəəh, иннəл-лаhə мə'əс-сōōбириин

Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən, Allah səbr edənlərlədir.