Müqəddəs Quran / Cüz / Cüz 28
Cüz 28
60:1

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُواْ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَٰدًا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى  ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ  ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə тəттəхыз̃уу 'əдуувии вə'əдуувəкум əулийəə`ə тульќуунə илəйhимм-би-ль-мəвəддəти вəќōд кəфəруу бимəə джəə`əкум-минəль-həќќи йухриджуунəр-рōсуулə вə`иййəəкум əŋŋ-ту`минуу биль-лəhи рōббикум иŋŋ-куŋŋтум хōрōджтум джиhəəдəн фии сəбиилии вəəбтиґōō`ə мəрдōōтии тусирруунə илəйhимм-би-ль-мəвəддəти вə`əнəə ə'лəму бимəə əхфəйтум вəмəə ə'лəŋŋтум вəмəй-йəф'əльhу миŋŋкум фəќōд дōльлə сəвəə`əс-сəбииль

Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.

60:2

إِن يَثْقَفُوكُمْ يَكُونُواْ لَكُمْ أَعْدَآءً وَيَبْسُطُوٓاْ إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوْ تَكْفُرُونَ

ий-йəc̃ќōфуукум йəкуунуу лəкум ə'дəə`əу-вəйəбсутуу илəйкум əйдийəhум вə`əльсинəтəhумм-бис-суу`и вəвəддуу лəу тəкфуруун

Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.

60:3

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ  ۚ يَوْمَ ٱلْقِيَٰمَةِ يَفْصِلُ بَيْنَكُمْ  ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

лəŋŋ-тəŋŋфə'əкум əрhəəмукум вəлəə əулəəдукум, йəумəль-ќийəəмəти йəфсылю бэйнəкум, вəл-лаhу бимəə тə'мəлююнə бəсыыр

Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.

60:4

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُواْ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُواْ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍ  ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ

ќōд кəəнəт лəкум усвəтун həсəнəтун фии ибрōōhиимə вəəльлəз̃иинə мə'əhу из̃ ќōōлюю лиќōумиhим иннəə бурō`əə`у миŋŋкум вəмиммəə тə'будуунə миŋŋ-дууниль-лəhи кəфəрнəə бикум вəбəдəə бэйнəнəə вəбэйнəкумуль-'əдəəвəту вəəльбəґдōō`у əбəдəн həттəə ту`минуу биль-лəhи вəhдəhу ильлəə ќōулə ибрōōhиимə ли`əбииhи лə`əстəґфирōннə лəкə вəмəə əмлику лəкə минəл-лаhи миŋŋ-шэй, рōббəнəə 'əлэйкə тəвəккəльнəə вə`илəйкə əнəбнəə вə`илəйкəль-мəсыыр

Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır». Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm» – deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir».

60:5

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُواْ وَٱغْفِرْ لَنَا رَبَّنَآ  ۖ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

рōббəнəə лəə тəдж'əльнəə фитнəтəл-лильлəз̃иинə кəфəруу вəəґфир лəнəə рōббəнəə, иннəкə əŋŋтəль-'əзиизуль-həкиим

«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».