سَلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ كَمْ ءَاتَيْنَٰهُم مِّنْ ءَايَةٍۭ بَيِّنَةٍ ۗ وَمَن يُبَدِّلْ نِعْمَةَ ٱللَّهِ مِنۢ بَعْدِ مَا جَآءَتْهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
сəль бəнии исрōō`иилə кəм əəтəйнəəhум-мин əəйəтимм-бэййинəh, вəмəй-йубəддиль ни'мəтəл-лаhи мимм-бə'ди мəə джəə`əтhу фə`иннəл-лаhə шəдиидуль-'иќōōб
İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi nemət və rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.
زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَيَسْخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ ۘ وَٱلَّذِينَ ٱتَّقَوْاْ فَوْقَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ
зуййинə лильлəз̃иинə кəфəрууль-həйəəтуд-дунйəə вəйəсхōруунə минəль-лəз̃иинə əəмəнуу, вəəльлəз̃иинə-ттəќōу фəуќōhум йəумəль-ќийəəмəh, вəл-лаhу йəрзуќу мəй-йəшəə`у биґōйри hисəəб
Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.
كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُواْ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخْتَلَفُواْ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
кəəнəн-нəəсу уммəтəу-вəəhидəтəн фəбə'əc̃əл-лаhун-нəбиййиинə мубəшшириинə вəмуŋŋз̃ириинə вə`əŋŋзəлə мə'əhумуль-китəəбə би-ль-həќќи лийəhкумə бэйнəн-нəəси фиимəə-хтəлəфуу фииh, вəмəə-хтəлəфə фииhи ильлəəль-лəз̃иинə уутууhу мимм-бə'ди мəə джəə`əтhумуль-бэййинəəту бəґйəмм-бэйнəhум, фəhəдəл-лаhуль-лəз̃иинə əəмəнуу лимəə-хтəлəфуу фииhи минəль-həќќи би`из̃ниh, вəл-лаhу йəhдии мəй-йəшəə`у илəə сырōōтымм-мустəќиим
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə, Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ ٱلْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ وَٱلضَّرَّآءُ وَزُلْزِلُواْ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ مَتَىٰ نَصْرُ ٱللَّهِ ۗ أَلَآ إِنَّ نَصْرَ ٱللَّهِ قَرِيبٌ
əм həсибтум əŋŋ-тəдхулююль-джəннəтə вəлəммəə йə`тикум-мəc̃əлюль-лəз̃иинə хōлəу миŋŋ-ќōбликум, мəссəтhумуль-бə`сəə`у вəд-дōррōō`у вəзульзилюю həттəə йəќуулəр-рōсуулю вəəльлəз̃иинə əəмəнуу мə'əhу мəтəə нəсрул-лаh, əлəə иннə нəсрōл-лаhи ќōрииб
Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi, həqiqətən, yaxındır».
يَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَآ أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ ۗ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ
йəс`əлююнəкə мəəз̃əə йуŋŋфиќуун, ќуль мəə əŋŋфəќтум-мин хōйрин фəли-ль-вəəлидəйни вəəль`əќрōбиинə вəəльйəтəəмəə вəəльмəсəəкиини вəəбнис-сəбииль, вəмəə тəф'əлюю мин хōйрин фə`иннəл-лаhə биhи 'əлиим
Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz, Allah etdiyiniz hər bir yaxşı işi bilir.